Accessibility links

ABŞ İranda etiraz səslərini dəstəkləyir


ABŞ administrasiyası bazar günü İranda etiraz səslərini ucaldan insanlara dəstək verdiyini göstərməyə çalışıb. Bu, Tehranın əvvəlcə Ukrayna sərnişin təyyarəsinin İran tərəfindən vurulduğunu inkar etməsi, daha sonra isə etiraf etməyə məcbur olduğu şəraitdə baş verib.

ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Tehran küçələrindəki etiraz nümayişləri İran xalqının daha hesabatlı hökumətin olmasını istədiyini nümayiş etdirir.

“Siz iranlıların ayağa qalxıb, öz hüquqlarını tələb etdiyini, daha effektiv hökumət, fərqli rejim istədiyini gördünüz” -deyə, Esper bildirib.

ABŞ-ın Müdafiə naziri Mark Esper
ABŞ-ın Müdafiə naziri Mark Esper

Pentaqon rəhbəri bazar günü ABŞ-ın iki tele kanalına müsahibə verib. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayan daha üç tele kanala müsahibələr verib.

O`Brayanın bildirdiyinə görə, ABŞ hazırkı məqama Amerikanın iqtisadi sanksiyalarının nəticəsində ölkənin olaraq əsas gəlir mənbəyi olan neft ixracatından demək olar məhrum olduqlarına görə onsuz da gərginlik keçirən İran liderlərinə təzyiqin artırılması üçün bir imkan kimi baxırlar.

ABŞ prezidenti Donald Tramp və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayan
ABŞ prezidenti Donald Tramp və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayan

“Fikrimcə, rejim üçün çox pis bir həftədir. Bu rejim hələ də maksimum təzyiqdən düzələ bilməyib, onlar hələ də yaranmış vəziyyətdə səriştəsizlilıklərindən özlərinə gələ bilməyiblər və İranlılar da bundan təngə gəliblər”, Robert O`Brayan bildirib.

Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri rejim dəyişikliyinin ABŞ-ın siyasəti olmadığını əlavə edib.

“Ümid edirəm ki, hansısa məqamda İran xalqının öz hökumətini seçməsi və seçdikləri liderlərin hakimiyyəti altında olması imkanı yaranacaq” – deyə, O`Brayan bildirib.

Tehranın Əmir Kəbir Universiteti qarşısında insanlar Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olan insanların xatirəsini anır, Tehran, 11 yanvar, 2020.
Tehranın Əmir Kəbir Universiteti qarşısında insanlar Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olan insanların xatirəsini anır, Tehran, 11 yanvar, 2020.

Bazar günü Tehranda yeni etirazların keçirilməsi ilə iğtişaş polisi yerləşdirilib.

Müdafiə naziri Esper İranın təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini düzgün addım adlandırıb.

“Mənə bunun bədbəxt hadisə olduğuna dair hiss var idi”, deyə o bildirib. “İran rəsmiləri əvvəlcə Amerika təbliğatı haqda danışırdılar, lakin sonda onlar günahı boyunlarına alaraq, düzgün hərəkət ediblər”, Esper qeyd edib.

Ukrayna təyyarəsinin vurulması təyyarədə olan bütün 176 sərnişin və ekipaj üzvünün həlak olması ilə nəticələnib. Sərnişinlərin böyük əksəriyyəti İran və Kanada vətəndaşları olublar.

XS
SM
MD
LG