Accessibility links

ABŞ-da ötən gün koronavirusan iki min insan həyatını itirib


Cons Hopkins Universitetinin məlumatına görə cümə axşamı 24 saat ərzində ABŞ-da COVID-19 səbəbi ilə 2000-dən çox insan həyatını itirib. Bu, may ayından bəri qeydə alınmış ən yüksək göstəricidir.

Universitetin məlumatına əsasən, həmçinin dünya boyu COVID-19-a yoluxma halları da sürətlə artmaqdadır. Təkcə ABŞ-da yoluxma hallarının sayı yazında 4,9 milyona çatacaq. Braziliyada yoluxmalar artıq 2,9 milyonu, Hindistanda isə 2 milyonu ötüb.

Digər tərəfdən ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi deyir ki, koronavirus heç vaxt tam aradan qaldırılmayacaq. Amma o ən yaxşı halda bu ilin sonuna qədər yüz milyonlarla dozada peyvəndin hazır ola biləcəyinə ümid edir.

Dr. Antoni Fauçi Amerikanın Səsindən Qreta Van Sasternə verdiyi müsahibədə "düşünürəm ki, hər şeyin uğurlu keçsə, kifayət qədər peyvənd olacaq" deyib. "Vaksinlər yalnız zəngin ölkələr üçün deyil, aşağı və orta gəlirli ölkələr üçün də əlçatan olmalıdır. Bunu təmin etməyə ümid edirik," - deyə o əlavə edib.

Lakin Fauçi daha əvvəl bu koronavirusun yeni olması və alimlərin hələ də onu tədqiq etməsi səbəbi ilə vaksinin COVID-19-a qarşı uzunmüddətli qoruma ilə təmin edəcəyinə dair bir zəmanətin olmadığını soyləyib.

Dr. Fauçi Reuters-ə verdiyi digər bir müsahibəsində deyib ki, virusun tamamı ilə yox olmayacağının səbəbi onun "güclü yoluxuculuq" qabiliyyətinin olmasıdır. Lakin o, "yaxşı bir peyvəndin ictimai sağlamlıq tədbirləri ilə birləşməsi ilə ... düşünürəm ki, bunun öhdəsindən gələ bilərik" deyə bildirib.

XS
SM
MD
LG