Accessibility links

Bayden prezident seçiləndən sonra ilk dəfə Çin lideri ilə telefonla danışıb


Çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden və Çinin dövlət başçısı Si Tsinpin arasında telefon danışığı olub. Bu, Baydenin noyabrda ABŞ prezident seçkilərindəki qələbəsindən sonra Çin lideri ilə ilk telefon söhbəti olub.

"Bayden prioritetlərinin Amerika xalqının təhlükəsizliyi, firavanlığı, sağlamlığı və həyat tərzinin, eləcə də Hind-Sakit Okean regionunda sərbəst və açıq əlaqələrin qorunmasının olduğunu deyib" - deyə, Ağ Ev açıqlamasında bildirib.

İki lider həmçinin koronavirus pandemiyası, iqlim dəyişikliyi və Vaşinqtonla Pekinin Ağ Evin dediyi kimi silahlara nəzarətlə bağlı praktiki və nəticəyə varılan münasibətin mümkünlüyünü müzakirə edib.

Lakin rəsmilər Baydenin bir sıra əsas mübahisəli mövzularda sərt mövqe tutduğunu deyib.

"Prezident Bayden Pekinin iqtisadiyyatdakı məcburi və haqsız addımları, Honq Konqda həyata keçirdiyi zorakılıqları, Sincanda insan haqlarının pozulması, o cümlədən Tayvana qarşı getdikcə artırdığı iddialar barədə narahatlıqlarını vurğuladı" - deyə, açıqlamada bildirilib.

Çin dövlət televiziyası Prezident Şinin Baydenə ikitərəfli əməkdaşlığın fikir ayrılıqlarını həll etmək üçün yeganə seçim olduğunu dediyini bildirib. Şi hər cür anlaşılmazlıqların qarşısını almaq üçün təkbətək dialoq mexanizmlərini bərpa etməyə çağırıb.

Çin televiziyası eləcə də Prezident Şinin Baydenə ABŞ-ın Çinin Tayvan, Honq Konq və Sincan kimi məsələlərinin "suverenliyi və ərazi bütövlüyü" kimi daxili işləri olduğunu və bu məsələlərdə "ehtiyatla" davranacağına ümid etdiyini deyib.

Çin lideri ilə teledon söhbəti Baydenin ölkənin baş komandanı kimi Pentaqona ilk səfərindən bir neçə saat sonra baş tutub. Bayden Pentaqonda administrasiyasının ABŞ-ın kəşfiyyatından tutmuş texnologiyaya qədər, böyüməkdə olan Çinə qarşı bütün güc strategiyasını yenidən araşdırmaq üçün işçi qrupu yaratdığını bəyan edib.

Baydenin tənqidçiləri Çinin bu yaxınlarda seçilmiş prezidentin zəif nöqtəsi olduğunu dəfələrlə təkrar edib və yüksək səslə bu yaxınlarda ABŞ-da keçirilən prezidentlik kampaniyaları dövründə Pekinə qarşı durmağı bacarmadıqlarını deyib. Keçmiş Prezident Donald Tramp keçən ilin avqust ayında tərəfdarlarına "Co Bayden seçilsə, Çin ölkəmizə sahib çıxacaq" demişdi.

Lakin rəsmilər çərşənbə günü sələfindən fərqli olaraq Baydenin Çini narahatlıqlar doğuran sahələrə yönəltmək üçün "güclü mövqedə" olduğunu, eyni zamanda əməkdaşlıq üçün də imkanlar verdiyini deyib.

XS
SM
MD
LG