Accessibility links

Venesueladakı humanitar yardım böhranı həll olunacaqmı?


Venesueladakı humanitar yardım böhranı həll olunacaqmı?
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Venesueladakı humanitar yardım böhranı həll olunacaqmı?

Bir çox venesuelalı hər gün Kolumbiya ilə sərhəddə olan Simon Bolivar adına beynəlxalq körpüsünü keçir. ABş-ın göndərdiyi 50 tondan artıq qida və dərman yardımı Kolumbiya və Venesuela sərhədindədır. Venesuelalılar sual içindədir, növbəti addım nə olacaq?

ABŞ və Kolumbiyada hökümətlərinin göndərdiyi ilk humanitar yardımın Kukutadakı körpüyə gəldikdən sonra özünü Venesuelanın keçid dövür prezidenti adlandıran Xuan Quaydo Amerikanın Səsinə verdiyi müsahibəsində Venesuelanın hərbi qüvvələrinə mesaj göndərib.

"Onlar Venesuelada nə baş verdiyini bilirlər, onların ölkəni tərk etmiş dostları var, onlar biz çəkdiyimizi çəkirlər. Bu, hərbçilərə humanitar yardımın ölkəyə gəlməsinə icazə verilməsi əmridir. Bu, dönüş nöqtəsi olacaq. Həyatların xilasına mane olmaq bəşəriyyətə qarşı cinayətdir", Xuan Quaydo, Venesuelanın müvəqqəti prezidenti.

ABŞ-ın Kolumbiyadakı səfiri Kevin Uotaker ərzaq yardımını alqışlayaraq, ABŞ-ın Venesuelaya 140 milyon dollar dəyərindən çox yardımın göndərdiyini deyib. Onun sözlərinə görə, daha çox yardımın göndəriləcəyi gözlənilir.

"Bu, ilkin yardımdır, hələ başlanğıcdır. Yardım çox vacibdir və bu, Venesueladakı venesuelalılara çatdırılacaq", ABŞ-ın Kolumbiyadakı səfiri Kevin Uotaker.

Səfir Uotaker Kolumbiya prezidenti İvan Dukeyə yardımın ilkin hissəsinin Venesuela ilə sərhədə göndərilməsinə yardım etdiyi üçün təşəkkürünü bildirib.

"Kolumbiya tərəfində missiyamız yardımın daşınması, saxlanması və sərhəd qədər bütün təhlükəsizliklə təmin etməkdir", Eduardo Gonzales, Kolumbien nümayəndə heyətinin üzvü.

Hər gün minlərlə kolumbiyalı və venesuelalı iki ölkə arasındakı Simon Bolivar adına beynəlxalq körpünü keçirlər. Venesuelalıları düyü, qəhvə, quru süd və kanola yağı olan ilk yardımın hara göndəriləcəyi maraqlandırır.

Ərzaq və dərman yardımının Kolumbiyada körpüdə saxlanıldığı vaxt 65 yaşlı veneselalı Karmen Sançez ərzaq məhsullarının Venesuelaya nə zaman çatacağı ilə maraqlanır.

"Allahdan bircə Maduronun çıxıb getməsini və heç bir ölkə ilə bir çox nsanın ölümünə səbəb ola biləcək müharibənin olmamasını istəyirəm", venesuelalı Karmen Lusiya Sançes.

Bir çox venesuelalı hər gün körpü ilə Kolumbiyaya keçərək soğan, düyü və yumurta kimi məhsulları alır. Onlar venesuelada həddindən artıq baha satılan məhsulları almaq üçün nə pulun, nə işin olduğunu deyir.

"Venesuelaya yardım gəlməlidir, venesuela camaatı acından ölür. Bu reallıqdır", venesuelalı Toni Berbecid.

Venesuelanın mübahisəli prezidenti Nikolas Maduro ABŞ-ın humanitar yardımını rədd edib və xalqının bu yardıma ehtiyacı olmadığını deyərək yardımın ölkəyə daxil olmasına icazə verməyəcəyini bildirib.

Bu ərəfədə Quaydonun humanitar yardımı toplamaq üçün Latın Amerikasında iki digər mərkəz təsisi edəcəyi və Venesuelaya yardımların gətirilməsi üçün humanitar dəhliz açacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG