Bazar ertəsi səhər saatlarında Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən ABŞ səfirliyinə avtomobildən bir neçə atəş aşılıb. Polisin və səfirliyin sözçüsünün verdiyi məlumata görə, hadisə zamanı yaralanan və ya ölən olmayıb.
Hücum Ankara ilə Vaşinqton arasında Türkiyədəki ABŞ keşişinin məhkəmə prosesi ilə bağlı gərginliklər vaxtına təsadüf edib.
Haberturk telekanalında nümayiş etdirilən video görüntülərdə səfirliyə girişlərdən birinin polis qrupları tərəfindən yoxlanılması və pəncərlərdən birində güllə izlərinin olduğu göstərilib.
Polis dəstələri hücumdan sonra ağ avtomobillə qaçan hücumçuları axtarır. Hadisə ilə əlaqədar istintaq davam edir.
Polisin verdiyi məlumata görə yerli vaxtla səhər saat 5 radələrində avtomobildən açılan atəş zamanı xəsarət alan olmayıb.
Səfirlik bu həftə Qurban Bayramı ilə əlaqədar bağlıdır.
Ankaradakı ABŞ səfirliyi və İstanbuldakı konsulluq əvvəllərdə də militanlar tərəfindən hücumların hədəfləri olub və çox saylı təhlükəsizlik hədələrilə üzləşib.