ABŞ prezidenti Donald Tramp ötən həftə sərəncam imzalayaraq ABŞ-ı "təhdid edən" şirkətlər üçün ABŞ-da telekommunikasiya avadanlıqlarının istifadəsini qadağan etdikdən sonra ABŞ Ticarət Nazirliyi bu sərəncamla Çinin Huawei şirkətinin qara siyahıya əlavə edəcəyini açıqlayıb. Bir neçə Amerika şirkətinin rəhbərliyi artıq Huawei ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb.
Reuters agentliyinin verdiyi məlumata görə, Google, daha doğrusu, onun əsas şirkəti olan Alphabet artıq Huawei ilə bir neçə proyektə son qoyub. Çin şirkəti Android operativ sisteminin yenilənməsi imkanını itirərək, artıq bir sıra yeni smartfonlarda Google Play Store, YouTube və Gmail proqramları olmayacaq. Çin şirkəti artıq Google-ın texniki dəstəyini ala bilməyəcək.
Eyni zamanda, Huawei-in Android-in daha sadə versiyasından istifadə etmək imkanı olacaq. Huawei smartfonlarından istifadə edən Google Play-in istifadəçilərinin hələ də ondan istifadə etmək imkanları olacaq.
"Biz prezidentin sərəncamına uyğun qərar veririk və gələcək addımlarımızı nəzərdən keçiririk," deyə Google nümayəndəsi deyib. Huawei şirkətinin nümayəndələri Google-in bu qərarını şərh etməyib. Lakin şirkətin öz Android və Windows versiyalarını yaratdığı məlumdur.
The Verge texnologiya media şəbəkəsi və Bloomberg agentliyinin verdiyi məlumata görə, İntel, Qualcomm, Xilinx və Broadcom kimi kompüter çiplərinin amerikalı istehsalçıları da Google şirkəti kimi Huawei ilə əməkdaşlığa son qoymaq niyyətindədir.
ABŞ höküməti Huawei-i Çin hökümətinin Amerika vətəndaşlarına qarşı casusluqda etməsində əməkdaşlıqda günahlandırır.