Birləşmiş Ştatların federal hakimi bu ilin əvvəlində ABŞ-Meksika sərhədində bir-birindən ayrıldıqdan sonra bu yaxınlarda yenidən birləşən immiqrant ailələrin deportasiyasını müvəqqəti dayandırıb.
San-Diyeqodakı hakim Dana Sabrou depoprtasiyanı azı bir həftə dayandıraraq, hökumətdən Amerika Vətəndaş Hüquqları Birliyinin təklifinə cavab verməsini istəyib.
Vətəndaş Hüquqları Birliyi uşaqlarına yenidən qovuşan valideynlərə Birləşmiş Ştatlarda sığınacaq istəyib-istəməmələri haqda qərar vermələri üçün azı bir həftə lazım olduğunu bildirib.
Tramp administrasiyası 5 yaşına qədər bütün uşaqların valideynlərinə yenidən qovuşduğunu, yaşları daha yuxarı olan uşaqların isə ailələri ilə tədricən birləşəcəyini bildirib.