ABŞ qanunvericiləri Dölət Poçt Ximdətinin rəhbəri Louis DeJou Senatda dinləmələrə çağırıb. Demokrat qanunvericilər Prezident Donald Trampın təkrar seçki şanslarını artırmaq cəhdi kimi göründüyü son xərcləri kəsməklə əlaqədar Louis DeJo-a aqressiv suallar verəcəklər.
İctimaiyyət və millət vəkillərinin təzyiqlərindən sonra DeJoy çərşənbə axşamı 3 noyabr seçkilərinə qədər poçt xidmətindəki bütün dəyişiklikləri dayandırıb. Tənqidçilər COVID-19 pandemiyası dövründə daha geniş istifadə edilməsi gözlənilən poçt səsverməsinə müdaxilə ediləcəyindən narahatdır.
Baxmayaraq ki, amerikalılar uzun müddət poçtla səs verib, Prezident Tramp dəfələrlə və heç bir sübutu əsas göstərmədən bu yolla səsvermənin saxtalaşdırılacağını deyir.
Senatın Respublikaçılar Partiyasının sədri, senator Ron Conson açılış nitqində poçt xidmətlərinin baş direktoru DeJoyu müdafiə edərək "hazırda bu yalançı siyasi diskusiyyanı yaranmasına səbəb olan həddindən artıq xərcləri azaltmaq cəhdi alqışlanır" formasında çıxış edəcəyi gözlənilir.
Demokrat senatorların cavab axtaracaqları suallardan biri də DeJoyun son həftələrdə poçt xidmətlərində edilən dəyişiklikləri qaytarıb-qaytarmamasıdır.
Demokratlara görə xərcləri azaltmaq üçün işçilərin iş saatlarının kəsilməsi, poçt işçiləri tərəfindən əlavə səfərlərə qoyulan məhdudiyyətlər poçtların çeşidlənməsi və poçt çatdırılmasını yavaşladan amillərdir.
Bazar ertəsi Demokratların rəhbərlik etdiyi Hökumət İslahatları Komitəsi qarşısında ifadə verməyə razılıq verən DeJoy cümə günü Respublikaçıların başçılıq etdiyi Senatın Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi qarşısında ifadə verəcək.
Dinləmlər zamanı demokrat senatorların DeJoyu tənqid edəcəyi gözlənilir. Lakin bununla birlikdə bəzi respublikaçı senatorların DeJoyun xərcləri azaltmaq səylərindən narazı qalmasına dair narahatlıqlarını dilə gətirməsi Poçt Xidmətləri rəhbəri kimi DeJoy-un vəzifəsinin icrasını təhlükə altına qoya bilər. Trampın əsas siyasi tərəfdaşı və donoru olan DeJoy iyun ayında işə başlamışdı.
Çərşənbə günü Nümayəndələr Palatasının 90 Demokrat üzvü Poçt Xidmətlərinin İdarə Heyyətinə DeJoyu dərhal işdən çıxarmağa çağıran məktub göndərib. Senatorların idarə heyəti üzvlərinə göndərdiyi məktubda addımın "bu kritik təsisatı qorumaq üçün" zəruri olduğu bildirib.
Nümayəndələr Palatasının şənbə günü ABŞ Poçt Xidmətinə 25 milyard dollar ayırması və bəzi dəyişiklikləri ləğv etməsi barədə qanun layihəsinə səs verəcəyi gözlənilir.