Accessibility links

ABŞ-ın “Beynəlxalq Cəsarətli Qadınlar” mükafatının laureatının vəkillik fəaliyyətinə Azərbaycanda xitam verilib


Şəhla Hümbətova
Şəhla Hümbətova

Bu gün, martın 5-də Bakı İnzibati Məhkəməsi hakim Aytən Orucovanın sədrliyi ilə Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib.

Vəkillər Kollegiyasının iddiasına görə, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib və bu səbəbdən məhkəməyə müraciət olunub.

Şəhla Hümbətova Azərbaycanda fundamental hüquqlarının pozulması iddia edilən çoxsaylı insanların vəkili olub. O həmçinin hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan bir çox fəalalrı və 2018-ci ilin yayında “Gəncə işi” üzrə bir neçə müttəhimi müdafiə edib. Vəkil 2019-cu ilin yanvarında bloger Mehman Hüseynovun aclıq elan etdiyini və vəziyyətinin pis olduğunu açıqladıqdan sonra Azərbaycan Penitensiar Xidməti “yalan məlumat yaydığına” görə Hümbətovadan şikayət edib.

Şəhla Hümbətova 2020-ci il martın 4-də ABŞ-ın Dövlət Katibi Mayk Pompeo tərəfindən Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatına təqdim edilib.

please wait

No media source currently available

0:00 0:02:55 0:00

Vəkil Amerikanın Səsinə müsahibəsində məhkəmənin qərarı barədə bildirib ki, anlaşılmazlıq olub.

“500 manat üzvlük haqqı ödəmişəm. Həmin pulu əvvəlki aylara siliblər. Mən də elə bilmişdim gələcək aylar üçün üzvlük haqqı ödəmişəm. Beləliklə, 8 ay üçün 480 manat borc yığılıb. Mənə borcumun olduğu barədə heç zaman xəbərdarlıq edilməyib və ümumiyyətlə bu məsələyə intizam icraatı çərçivəsində baxılmayıb. Mənim borcumun olması barədə izahatım belə alınmayıb. Ancaq, məlumat mediada dərc edildikdən sonra xəbərim olub. Bilən kimi, elə həmin gün borcumu ödəmişəm. Buna baxmayaraq məhkəmə veriblər,” o, qeyd edib.

Vəkil hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması ilə bağlı müraciət qeyri-mütənasibdir.

“Mən üzvlük haqqını ödədikdən sonra məhkəməyə müraciət ertmələri göstərir ki, onların dərdi heç də üzvlük haqqı deyil. Sadəcə məqsəd məni hansısa bir bəhanə ilə üzvlükdən xaric etməkdir.”

Hümbətova vəklliyinə xitam verilməsinin səbəbi kimi insan hüquqları sahəsində, siyasi mötivlərlə həbs edilən insanların hüquqlarını müdafiə etməsini göstərir.

“İnsan hüquqalrı sahəsində məşğul olan vəkillərin aqibəti budur. Mən birinci deyiləm. Məndən əvvəl də vəklliyinə xitam verilənlər var, məndən sonra da olacaq,” o qeyd edib.

Hümbətova məhkəmənin qəraraından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini və orada şikayəti təmin edilməsə Avropa Məhkməsinə müraciət edəcəyini deyib.

“Bu yaxınlarda Avropa Məhkəməsi siyasi məhbus kimi tanınan şəxslərin hüquqlarını müadfiə etdiyinə görə vəkillikdən uzalqaşdırılan Xalid Baağırovun şikayətini təmin edib. Buna baxmayaraq Azərbaycanda yenə bu sahədə çalışan vəkillərə qarşı təzyiqlər davam etdirilir,” o qeyd edib.

Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasından hələ şərh almaq mümkün olmayıb.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

XS
SM
MD
LG