Accessibility links

ABŞ-ın Azərbaycandakı səfiri: ABŞ müstəqil Azərbaycana dəyər verir


 Li Litsenberger ​
 Li Litsenberger ​

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə ABŞ səfirliyinin Facebook hesabında paylaşım edilib.

“Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırır. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı. ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan Respublikasının xalqını təbrik edirəm!”, səfir qeyd edib.

Azərbaycanın Milli Məclisi oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsini 3-cü oxunuşda qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib.

Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Bu addım cəmiyyətdə müxtəlif insanların, xüsusilə müxalifətin narazılığı ilə qarşılanıb. Onlar əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid edirlər.

XS
SM
MD
LG