Accessibility links

Azərbaycan Avropa Hərəkatının rəhbəri vətəndaşları etiraz aksiyasına çağırıb [Video]


Azərbaycan Avropa Hərəkatının rəhbəri vətəndaşlara etiraz aksiyasına çağırıb
Azərbaycan Avropa Hərəkatının rəhbəri vətəndaşlara etiraz aksiyasına çağırıb

Aksiya iştirakçıları əllərinə boş ağ vərəqlər alacaqlar

Azərbaycan Avropa Hərəkatının lideri Ramin Hacılı Youtube-da yanacaq qiymətlərini artıırılmasına qarşı etiraz olaraq dekabrın 8-də saat 16:00-da Fəvvarılər meydanında aksiya etmək üçün vətəndaşlara çağırış edib.

Lakin video müraciətində Hacılı özünü sıravi ölkə vətəndaşı kimi təqdim edir.

«Biz şüarlar səsləndirməyəcəyik, çünki ölkədəki vəziyyət hamıya aydındır. Biz yalnız hakimiyyətin və ya müxalifətin tərəfində olmayan vətəndaşlar kimi etirazımızı bildirəcəyik”, deyə Hacılı qeyd edib.

Onun sözlərinə görə, aksiya iştirakçıları əllərinə boş ağ vərəqlər alacaqlar.

“Biz dövlətin öz vətəndaşlarına hörmət etməsini və onların fikirlərini nəzərə almasını, onların sivil vətəndaşlar olduğunu görməsini tələb edirik. Biz yalnız ağ vərəqlər qaldıraraq, işıqlı və daha yaxşı həyat istədiyimizi nümayiş etdirəcəyik”, deyə Ramin Hacılı bildirib.

XS
SM
MD
LG