Accessibility links

Yunanıstan Azərbaycandan ildə bir milyard kub metr qaz almaq istəyir    


Yunanıstanın inkişaf naziri Xristos Folias Azərbaycanda danışıqlar aparır. Cənab Follas prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Yunanıstanlı nazir Sənaye və energetika naziri Natiq Əliyevlə görüşündən sonra ölkəsinin Azərbaycandan ildə bir milyard kub metr qaz almaq istəyində olduğunu bildirib. ANSPRESS Agentliyinin məlumatına görə, cənab Follias Yunanıstanın Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün nəzərdə tutulan Azərbaycan-Türkiyə Yunanıstan və İtaliya arasında olan enerji dəhlizinin yaradılmasında maraqlı olduğunu bəyan edib. “ Biz bunun tərəfdarıyıq. Azərbaycan da Yunanıstanla eyni mövqedən çıxış edir. Bundan sonra da əməkdaşlığımız davam edəcək. Yunanıstanın Rusiya və Bolqarıstanla birlikdə Cənub axınına qoşulmasına gəldikdə isə bu ilkin razılaşmadır və hələ ilkin mərhələdədir. İndi o, müzakirə mərhələsindədir. Bu da Yunanıstana təbii qazın idxalı ilə bağlı başqa bir alternativ yoldur”.
XS
SM
MD
LG