Accessibility links

Son üç gündə «Yeni Fikir» Gənclər Birliyi sədrinin iki müavini saxlanıb


Dostlarının dediyinə görə, Ramin Tağıyev bu gün də zəng edərək Azadlıq qəzetinin redaksiyasına yola düşdüyünü bildirib, ancaq bir neçə saat sonra onun şübhəli şəxs qismində saxlanması ilə bağlı məlumat yayılıb. Azadlıq qəzetinin redaksiyasına gəlməli olan Tağıyevin Respublika Prokurorluğunun Ağır Cinayət İşləri üzrə İstintaq idarəsinə necə və ya hansı yolla aparılması barədə isə hər hansı məlumat yoxdur. Vəkil Yavər Hüseyn Amerikanın səsi radiosuna bildirib ki, müstəntiq onun Ramin Tağıyevi müdafiə etməsinə icazə verməyib. Respublika Prokurorluğunun mətbuat xidməti isə Ramin Tağıyevin dövlətin konstitusiya qurluşunu devirməyə hazırlıq ittihamı ilə şübhəli şəxs qismində saxlandığını təsdiq edib. Mətbuat xidmətinin əməkdaşı İsrafil Məmmədbəyovun sözlərinə görə, o istintaqa dəvət edilib və sonra saxlanıb. «Yeni Fikir» Gənclər Birliyi sədrinin sentyabrın 12-də şübhəli şəxs qismində saxlanan digər müavini Səid Nuriyə qarşı isə hələ ittiham elan edilməyib. Bunu Respublika Prokurorluğunun Mətbuat xidmətinin əməkdaşı Məmməbəyov da təsdiq edib. Qeyd edək ki, Səid Nuri talesemiyalı xəstədir və dünən onun vəziyyəti ağırlaşdığından Səhiyyə nazirliyinin Hemotologiya institutuna köçürülüb. Vəkil Yavər Hüseynin sözlərinə görə, dünən cənab Nuri ağır vəziyyətdə olub və yalnız bu gün qırıq-qırıq danışa bilir. Yavər Hüseyn Səidin ağır vəziyyətə düşməsini ona vaxtında qida verilməməsi və saxlanma şəratiinin pis olması ilə izah edir. Səhiyyə Nazirliyinin Hematologiya İnstitutunun direktoru Azad Hacıyev Amerikanın səsəi radosuna bildirib ki, Səid Nuri xəsətxanaya böyük talessemiyanın fonunda animiya diaqnozu ilə daxil olub. Direktorun sözlərinə görə, cənab Nuri uşaqlıq yaşından talesimiyalı xəstə kimi qeydiyyatdadır və onun dalağı çıxarılıb. Azad Hacıyev hazırda Səid Nurinin səhhətinin normal olduğunu desə də həbsxanada vəziyyətinin yaxşı olacağına təminat vermir. Yeri gəlmişkən bildirək ki, «Yeni Fikir» Gənclər Birliyinin sədri Ruslan Bəşirli bu il avqustun 3-də həbs edilib. Bundan qırx gün sonra isə onun iki müavinim şübhəli şəxs qismində saxlanıb. «Yeni Fikir» Gənclər təşkilaı müxaliyföynümlüdür və «Azadılq» seçki blokunu dəstəkləyir. «Azadlıq» seçki blokuna daxil olan AXCP sədri Əli Kərimli bu gün keçirdiyi mətbuat konfransında gənclərə qarşı irəli sürülən ittihamı absurd və gülünc adlandırıb. Onun fikrincə, hökumətin məqsədi "Yeni Fikir" Gənclər Birliyini dağıtmaq və bu təşkilatı aktiv seçki prosesindən uzaqlaşdırmaqdır. Vəkil Yavər Hüseynin sözlərinə görə, istintaq Səid Nurinin həbsini onun guya bu ilin avqustunda Polşada Avropa Demokratiya İnstitutunun təşkil etdiyi seçki demokratiyasına həsr olunmuş beynəlxalq konfransda olarkən dövlət çevrilişi və silahlı dəstələr yaratmaqla bağlı təlimat alması ilə əlaqələndirir. Əli Kərimli isə həmin konfrnasda Azərbaycanın hökumət nümayəndələrinin, Polşa Seyminin deputatlarınin və digər çoxsayla ölkələrdən nümayəndə heyətlərinin iştirak etdiyini də bildirir. AXCP sədri demokratik təşkilatları və beynəlxalq ictimaiyyəti Azərbaycanda gənclərə qarşı baş verən qanunsuzluqlara kəskin reaksiya verməyə çağırıb. "YOX" gənclər təşkilatı da "Yeni Fikir"ın rəhbərlərinin həbsını hakimiyyətin gənclər təşkilatına təzyiqi kimi qiymətləndirib. Qurum bəyan edib ki, hakimiyyət «Yeni Fikir» təşkilatının rəhbərlərini həbsdən azad etməsə "YOX" və digər gənclər təşkilatları birgə Forum keçirərək müvafiq qərarlar qəbul edəcək.
XS
SM
MD
LG