Accessibility links

Azərbaycan diaspor təşkilatları dünyanın 80 ölkəsində tədbirlər keçirib


Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuat konfransı keçirib. Onun sözlərinə görə, 2007-ci ildə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların diaspor quruculuğu işinə cəlb olunmasına, digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın inkişafına, xüsusilə də türk və yəhudi icmaları ilə işgüzar əlaqələrin möhkəmləndirilməsinə, lobbi quruculuğuna xüsusi diqqət yetirilib. N.İbrahimov İsraildə məskunlaşmış yüz mindən çox Azərbaycandan köçmüş yəhudiləri təmsil edən İsrail vətəndaşlarının təşəbbüsü ilə Tel-Əviv şəhərində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasını təsis edildiyini bildirib. Onun sözlərinə görə, dünyadakı Xolokos muzeylərində Xocalı soyqırımını əks etdirən bölmələrin təşkili işlərinə başlanıb. Komitə sədri dünyanın çoxsaylı ölkələrində türk və Azərbaycan diaspor təşkilatlarının işinin əlaqələndirilməsi sahəsində mühüm işlər aparıldığını deyib. "Bu il 20 Yanvar hadisələri və Xocalı Soyqırımı ilə bağlı dünyanın çoxsaylı ölkələrində anım mərasimləri keçirilib. Niderlandda Xocalı abidəsi ucaldılıb. O, Tehranda Nur məscidində Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasiminin İran hakimiyyət orqanları tərəfindən dağıdılması ilə bağlı sualdan yayınıb. Komitə sədri belə hərəkətlərdən nəticə çıxarmağın vacibliyini deyib. Cənab İbrahimov ABŞ-da diaspor təşkilatlarının digər ölkələrdəki təşkilatlardan fərqli olduğunu deyib. Bunun üçün işlər aparılır. Öz növbəsində, müstəqil və müxalif ekspertlər dövlət komitəsinin fəaliyyətində müsbət və mənfi istiqamətlərin olduğunu bildirir. “Müsavat” partiyasının xaricdə yaşayan soydaşlarla iş üzrə komissiyasının rəhbəri Aydın Acalov dövlət komitəsinin xaricdə bütövlükdə xalqın deyil, iqtidarın mövqeyini dəstəkləyən diaspor fəaliyyətini himayə etdiyini deyib. O komitənin xarici ölkələrdə Xocalı soyqırımı və erməni diaspor təşkilatlarının təbliğat kampaniyalarına qarşı son dövrlər effektli tədbirlər keçirdiyini də etiraf edib. Cənab Acalov eyni ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid mövqedən çıxış etməsini vacib sayır. Bununla yanaşı o, dövlət komitəsinin ikili standartının bəzi ölkələrdə diaspor təşkilatlarının parçalanmasına səbəb olduğunu bildirir. Komissiya sədri hesab edir ki, ABŞ-da da Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti zəifdir. Hətta lobbi təşkilatları diaspor təşkilatlarından effektli işləyir.
XS
SM
MD
LG