Accessibility links

Polis Azərbaycan müxalifətinin mitinqə cəhdinin qarşısını alıb


Müxadifət partiyalaranın fəalları metronun Nəriman Nərimanov stansiyası rayonunda icazəsiz mitinq keçirməyə cəhd edib. Etirazçılar dəfələrlə «Azad seçki», «İstefa» şüarları sələndirib və metro stansiyasının qarşısındakı meydana doğru irəliləməyə cəhd edib. Lakin bütün hallarda polis cəhdin qarşısını alıb. Ciddi insident qeydə alınmasa da saxlananlar var. Bu dəfə polis etirazçıları səsgücləndircilər vasitəsilə icazəsiz mitinqə cəhd etməməyə səsləyib və güc tətbiq etməyib. Aksiyanın gedişində monitorinq aparan hüquq müdafiəçiləri hesab edir ki, polis zorakılığa əl atmayıb. Eyni zamanda onlar insanların sərbəst toplaşmaq hüququna hörmətlə yanaşmağın vacibliyini də önə çəkib. AXCP mətbuat xidməti 18 nəfər partyia fəalının saxlandığını bildirsə də Bakı şəhər Baş Polis idarəsinin rəisi Məhərrəm Əliyev saxlananların olmadığını deyib. Onun sözlərinə görə, cəhdin qarşısı alınıb və zərəçəkən olmayıb.
XS
SM
MD
LG