Accessibility links

Türkiyənin on birinci prezidentinin dövründə Azərbaycanla əlaqələr daha da inkişaf etdiriləcək


Keçmiş xarici işlər naziri Abdulla Gülün Türkiyənin prezidenti seçilməsi Azərbaycanda razılıqla qarşılanıb. Həm iqtidar, həm müxalifət, həm də müstəqil poltoloqlar prezident seçkilərinin aşkar şəraitdə keçirilməsini Türkiyədə demokratyianın təntənəsi kimi qiymətləndirir. Azərbaycan prezidenti İlham Əliyev cənab Gül prezident seçilən kimi ona zəng edib və təbrik göndərib. Təbrikdə deyilir ki, Azərbaycan və Türkiyə əsrlərdən bəri bir-birinə qırılmaz tellərlə bağlıdır. «Qardaş xalqlarımızın iradə və məramından qaynaqlanan bugünkü dövlətlərarası münasibətlərimiz strateji tərəfdaşlığın, müttəfiqliyin zirvəsindədir. Əminəm ki, ən böyük sərvətimiz olan birliyimizi qoruyub saxlamaq və daim möhkəmləndirmək, bütün sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımızı daha da inkişaf etdirmək, regional və beynəlxalq qurumlar çərçivəsində birgə fəaliyyətimizi indiki yüksək səviyyədə davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik». Azərbaycan müxalifəti də Abdulla Gülün prezident seçilməsinin iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyinə əmindir. İslamı dəyərlərə gəlincə, müxalifət partiyaları cənab Gülün kifayət qədər Avropa dəyəçrlərinə üstünlük verdiyi fikrindədir. AXCP sədri Əli Kərimli Türkiyənin yeni prezidenti ilə dəfələrlə görüşdüyünü və onun Avropa dəyərlərini daim dəstəkləydiyini bildirib. AXCP sədrinin fikrincə, Türkiyə seçikləri Azərbaycan üçün bir nümunə ola bilər. Cənab Kərimli Türkiyənin 11-ci prezidentinin qərblə daha yaxşı münasibəçtlərə nail olacağına inanır. Çünki cənab Gül indiyədək bu istiqamətdə olduqca vacib missiyalara rəhbərlik edib. Politoloq Eldar Namazov da Abdulla Gülün prezidentliyi dövründə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf edəcəyinə ümid edir. Politoloq həmçinin Türkiyə ilə qərb dövlətləri arasında münasibətlərdə də dəyişiklik gözləmir. Çünki cənab Gülün təmsil etdiyi iqtidar indiyədək qərbyönümlü siyasətin daşıyıcısıdır.
XS
SM
MD
LG