Accessibility links

Azərbaycanda ABŞ-ın «Sülh Korpusu»nun könüllüləri 120 nəfər olacaq


2008-ci ildə Azərbaycanda ABŞ "Sülh Korpusu"nun könüllülərinin sayı 120 nəfərə çatdırılacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşümdə razılığa gəldik. Bu sözləri "Sülh Korpusu"nun prezidenti Ronald Tschetter «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın 27 rayonunda 85 könüllü fəaliyyət göstərir. Direktor həmçinin Azərbaycan prezidenti ilə görüşündə "Sülh korpusu"nun sağlam həyat tərzi, kənd təsərrüfatı və ekologiya sahəsində dünyadakı fəaliyyəti haqqında məlumat verib. "Sülh Korpusu"nun könüllüləri hazırda Azərbaycanda ingilis dili tədrisi, icmaların iqtisadi inkişafı və gənclərin inkişafı sahəsi üzrə işləyir". Ronald Tschetter səfəri çərçivəsində Siyəzən, Xaçmaz və Şamaxı raoynlarında könüllülərin işləri ilə tanış olub. "Yerli əhali könüllüləri çox yaxşı qarşılayır. Biz 2003-cü ildən Azərbaycanda işləyirik və indiyədək yerli icmalarla münasibətdə hər hansı mənfi meyl qeydə alınmayıb". Könüllülər Azərbaycanda 27 ay müddətində yerlərdə əhali ilə eyni səviyyədə yaşayır. İcmalarla birgə olur, işlədikləri şəhər və kəndlərdə ailələrdə qalır. Maraqlı cəhətlərdən biri də könüllülərin Azərbaycan dilinə olan maraqlarının böyük olmasıdır. Onlar tez bir zamanda azərbaycanca danışır.
XS
SM
MD
LG