Accessibility links

Soros Fondu Azərbaycanda fəaliyyəti ilə bağlı hesabat verib


ABŞ-ın Açıq Cəmiyyət İnstitutu – Soros Yardım Fondu 2008-ci il üçün illik hesabatını təqdim edib. Fondun icraçı direktoru Fərda Əsədov bildirib ki, 2008-ci ildə fond qrantlar, əməliyyat layihələri və digər fəaliyyətə 3.224.718 dollar vəsait sərf edib. Qrantların 24 faizini səhiyyə, 3 faizini Şərq-Qərb, 7 faizini təhsil, 5 faizini mədəniyyət, 2 faizini gənclər, 2 faizini informasiya, 9 faizini hüquq, 8 faizini yerli özünüidarə, 7 faizini KİV, 18 faizini Neft Gəlirləri və İctimai Vəsaitin Şəffaflığı, 5 faizini qadın, 10 faizini vətəndaş cəmiyyəti proqramları təşkil edib

Büdcə xərcləmələrinin əsas prinsipi şəffaflıq və hesabatlılıq olub. Cənab Əsədovun dediyinə görə, fondun başlıca məqsəd və vəzifələri açıq cəmiyyət dəyərlərinin inkişaf etdirilməsinə yönəlib və bu dəyişməz qalır

Fondun idarə heyətinin sədri Zərdüşt Əlizadənin fikrincə, fondun büdcə xərcləmələrindəki şəffaflıq hökumət üçün də nümunə olmalıdır. Onun sözlərinə görə, hər bir şəxs qurumun internet saytında büdcə, onun xərclənməsi, proqramlar barədə məlumat ala bilər.

Cənab Əlizadə neft gəlirlərinin şəffaflığı ilə bağlı layihələrə qrantların daha çox ayrılmasına da aydınlıq gətirib. Onun fikrincə, neft ölkələrinin əksəriyyətində totalitar hakimiyyətlərdir və bu hakimiyyətlər neft pullarını xalqın istismarına sərf edir.

XS
SM
MD
LG