Bakı Apelyasiya Məhkəməsi blogerlər Emin Milli və Adnan Hacızadənin apellyasiya şikayətlərini təmin etməyib. Gənclər xuliqanlıq ittihamı ilə barələrində 2 ay həbs qəti imkan tədbiri seçmiş birinci instansiya məhkəməsinin qərarından şikayət verib.
Hakimlər vəkillər məhkəmənin açıq keçirilməsi barədə vəsatətini təmin etməyib.
Vəkillər Apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasını əsassız adlandırıb. “Bu, tamamilə qanunsuz qərardır və biz birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, deyə vəkil Elton Quliyev bildirib.
Vəkil İsaxan Aşurov da qərarı qanunsuz və əsassız adlandırıb. O, rəsmilərin bəyanatlarına baxmayaraq, Adnan Hacızadəyə hələ də tibbi yardım göstərilmədiyini deyib. Bununla əlaqədar olaraq, iyulun 22-də Səbail rayon məhkəməsində müvafiq iddiaya baxılacaq.
Bakı Apelyasiya Məhkəməsinin binası qarşısında vətəndaş cəmiyyətinin, xarici səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri toplaşmışıb. Apelyasiya məhkəməsinin qərarından sonra həbs edilənlərin dostları və həmkarları Azərbaycan himnini oxuyub.
Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq və yerli insan haqları, jurnalist qurumları, ATƏT, Avropa Birliyinə daxil olan dövlətlərin səfirləri, Amerikanın, Norveçin, İsveçrənin və Almaniyanın səfirləri blogerlərin azad edilməsi xahişi ilə Azərbaycan rəhbərlərinə müraciət edib.