“Turan” Agentliyinin məlumatına görə, Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ prezidentinin Misirdəki çıxışını müsbət qarşılayıb. Cənab Paşazadə bildirib ki, ABŞ prezidenti Barak Obamanın Qahirə şəhərində İslam dünyasına müraciətini bəyənir və arzu edir ki, bu fikirlər gerçəklikdə əksini tapsın. “Bəzən elə olur ki, siyasətçilər dindən sui-istifadə halına yol verir, bir fikir söyləyir, əməldə tamam başqa bir məsələ ortaya çıxır. Ümid etmək istəyirik ki, bu müraciətdə söylənilən fikirlər özünü gerçəkdə təsdiq edə biləcək” - deyə o qeyd edib.