Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycan hakimiyyətini xarici radiolara qadağa ideyasından imtina etməyə çağırır


Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycan prezidentini xarici radiostansiyaların yerli dalğalarda yayımına qadağa qoyulması ideyasından imtina etməyə çağırıb.

Təşkilatın Azərbaycan prezidentinə ünvanlanmış müraciətdə dövlət başçısını Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmlinin 2009-cu ildən gec olmayaraq üç xarici radiostansiyanın - “Amerikanın səsi”, “Azadlıq” vı BBC-nin yerli dalğalarda yayımına qadağa qoymaq planları haqda bəyanatından sonra vəziyyətə müdaxilə etməyə çağırır. “Bu radiostansiyalar yüksək səviyyəli, obyektiv və hərtərəfli xəbərləri yayımlayır və Azərbaycan mətbuatında başqa heç yerdə olmayan plüralizmin inkişafına fundamental töhvə verir. Bu stansiyaların və ilk öncə “Azadlıq” radiosunun məşhurluğu məktubda deyilənləri təsdiq edir. Təşkilat bu addımı “çox ciddi strateji səhv sayır” və “atılacağı halda, onu kəskin pisləyəcək”.

Təşkilat hesab edir ki, bu addım ölkədə media məkanını nəzarət altına götürmək cəhdi və siyasi uğursuzluqdan başqa bir şey kimi qiymətləndirilə bilməz. “İstənilən halda, bu radiostansiyalar bağlanmayacaq və sovet vaxtında olduğu kimi, qısa dalğalarda yayımı davam etdirəcək. Hələki gec deyil, sizi bu qərardan imtina etməyə çağırırıq”, deyə məktubda qeyd edilib.

“Sərhədsiz Reportyorlar” bildirir ki, xarici KİV-lər Azərbaycan hakimiyyəti üçün təhlükə yaratmır və yerli vətəndaşlara informasiya ötürücüsü rolunu oynayır və prezident İlham Əliyevi hər üç radiostansiyanın nümayəndələri ilə dialoqa başlamağa çağırır.

XS
SM
MD
LG