Accessibility links

Azərbaycanda pensiyalar vaxtında ödənilir


Dünyada maliyyə böhranı hökm sürməsinə baxmayaraq bu il Azərbaycanda pensiyaların ödənişində heç bir problem olmayacaq, o şərtlə ki, "real iqtisadiyyatın maliyyə resursları ilə təminatında çətinliklər yaşanmasın. Bu barədə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında pensiyalar əhaliyə vaxtında çatdırıb və mart ayında da belə olacaq.
Cənab Müslümov Azərbaycanda sosial pensiyanın minimum həddinin 93 dollar olduğunu bildirib və bu MDB məkanında üçüncü göstəricidir.
Azərbaycanda 2009-cu ilin yanvarında əmək pensiyaçılarının sayı 1.275.138 nəfərə çatıb. Bu il pensiyaların baza hissəsi inflyasiya həddində (20,8%) indeksasiya edildikdən sonra orta pensiya səviyyəsi 99 manatdır. Fondun sədrinin sözlərinə görə, pensiyaçıların 496.788 nəfəri kişi, 778.350 nəfəri qadındır.
O ölkədə pensiya islahatlarının birinci mərhələsinin bu il başa çatacağını deyib. Bu məqsədlə Dünya Bankı kredit ayırıb. Layihənin ümumi dəyəri 7 milyon dollar təşkil edib.
Bununla yanaşı, Dünya Bankı Azərbaycanda sosial müdafiənin inkişafı layihəsinin reallaşdırılması üçün də kredit ayırıb. Layihənin bir komponenti də pensiya islahatlarının dərinləşdirilməsi ilə bağlıdır.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev də hesab edir ki, bu il pensiya ödənişlərində problem yaranmayacaq. Çünki Dövlət Neft Fondunda kifayət qədər valyuta ehtiyatı var. Ekspert neftin qiymətinin indiki səviyyədə qalarsa, 2010-cu ildə maliyyə
problemlərinin qaçılmaq olacağını düşünür.
Cənab Ağayevin dediyinə görə, pensiya islahatları nəsillərarası həmrəylik sistemindən fərdi ödəmə sisteminə keçidi nəzərdə tutur. Onun fikrincə, Azərbaycanda gizli məşğulluğun həddən artıq çox olması, pensiya ödəmələrinin yarıdan çoxunun dövlət büdcəsinə bağlı olması, əmək haqlarının aşağı olması Avropa standartlarına uyğun pensiya islahatlarının həyata keçirilməsinə imkan vermir.

XS
SM
MD
LG