Accessibility links

Azərbaycanın sabiq səhiyyə naziri 11 il azadlıqdan məhrum edilib


Ağır Cinayətlərə Dair Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanov və daha 10 nəfərin işi üzrə proses başa çatıb. Cənab İnsanov külli miqdarda dövlət əmlakının mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə və digər cinayətlərdə təqsirli bilinib və əmlakı müsadirə edilməklə 11 il azadlıqdan məhrum edilib. Digər on nəfər isə 3 ildən 7 ilədək həbs olunub. Onların altısı məhkəmə zalında həbsə alınıb. Məhkəmə zalında fasilə zamanı qalmaqal da olub. Belə ki, sabiq nazir bir neçə gün öncə mətbuatda onun adından dərc olunmuş prezidentə bağışlanması ilə bağlı xahiş məktubunu saxta adlandırıb. "Mən belə məktub yazmamışam. Qoy onun əslini nəşr etsinlər, ekspertlər isə onun kim tərəfindən yazıldığını yoxlasınlar. Heç istintaq materiallarında da belə sənəd yoxdur" – deyə o bəyan edib. "Sabiq maliyyə naziri Fikrət Yusifova verdiyüim iki yüz min dolların nə Rəsul Quliyevə, nə də dövlət çevrilişinə dəxli yoxdur. Bu pulları başqa iş görmək üçün vermişdim. Fikrət Yusifovdan istifadə etdilər və indii o azadlıqdadır»-deyə cənab İnsanov ona qarşı irləi sürülən dövlət çevrilişinə cəhdə hazırlıqla bağlı ittihama aydınlıq gətirib. O özünü sağlam hiss etdiyini və son zamanlar ona qarşı təzyiqşlərin başlandırığını da diqqətə çatdırıb. «Mən özümü yaxşı hiss edirəm. Bu gün ittiham oxunan zamanda bütün günü ayaq üsğə qalmışam. Sadəcə belimdə ağrılar ola bilər və bu ölüm üçün əsas deyil. Bu rejimdən hər şey gözləmək olar. Mənim hüquqlarım igtimai müdafiə komitəsini sədri Rizvan Talıbovu dünən həbs ediblər. Guya bir qolu əlil olan insan polisə müqavimət göstərib ", - deyə İnsanov jurnalistlərə müraciət edərək ucadan səslənib. Sabiq nazir məhkəmənin hökmünü hazırki hakimiyyətin çürük siyasətinin müvəqqəti qələbəsi adlanıdırıb. «Vaxt gələcək mən azadlığa çıxacam və ədalətsizlik edənlər cəzasına çatacaq»-deyə o qeyd edib. Cənab İnsanovun vəkilləri, hüquq müdafiəçiləri və siyasi partiya rəhbərləri də məhkəmənin hökmünə münasibət bildirib. Müxalifətdə olan siyasi partiya rəhbərləri sabiq nazirin həbsini reprssiv rejimin syiasi qərarı adlandırıb. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı keçmiş silahdaşının düzgün cəzalandırıldığını deyir. Hüquq müdaifəçiləri isə Avropa Şurasının Parlament Assambleaysının sabiq naziri potensial siyasi məhbus kimi tanıdığını önə çəkib.
XS
SM
MD
LG