Accessibility links

Azərbaycanda Gürcüstana dəstək aksiyası keçirilib


Bu gün Gürcüstanın Bakıdakı səfirliyi qarşısında Tbilisidə keçirilən "Dayan Rusiya" mitinqini müdafiə aksiyası keçirilib. Onlarla insanın iştirak etdiyi aksiyada "Dayan Rusiya!" və "Rusiya təcavüzünə yox!" şüarları qaldırılıb.

Piket iştirakçıları araında Azərvaycan Milli Məclisinin deputatı, "Demokratik İslahatlar" partiyasının sədri Asim Mollazadə, Gürcüstanın Azərbaycandakı hazırki və keçmiş səfirləri də olub.

Cənab Mollazadə "Amerikanın səsi" radiosuna bildirib ki, Azərbaycan xalqı gürcü xalqı ilə həmrəydir və bu ölkənin ərazi bütövlüyünü dəsətkləyir.

Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze isə "Amerikanın səsi" radiosuna bildirib ki, bu gün dünyanın bütün ölkələrində dinc aksiyalar keçirilir. "Bu aksiyalar bir daha göstəror ki, Gürcüstan vahiddir. Gürcüstanın bütün vətəndaşları işğala qarşı birləşib və bundan sonra da birləşəcək".

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Qumbaridzenin fikrincə, dünyanın bütün şəhər və regionlarını əhatə edən həmrəylik aksiyaları Gürcüstan xalqının sülh itəyinin nümayişidir. "Biz Rusiyanın işğalını qınayırıq. Bu işğal Rusiyanın dırnaqarası "sülməramlı" missiyasının işğalçlı missiya olduğunu bir daha sübut etdi".

Aksiyada gürcü icması ilə yanaşı Azərbaycan vətəndaşları da iştirak edib. Onlar Azərbaycanın Rusiyanın işğalına qarşı Gürcüstanla birgə olduğunu bəyan edib.

XS
SM
MD
LG