Accessibility links

Səfir Enn Dersi: 2006-cı il Azərbaycanda insan hüquqları ilə bağlı yaxşı il olmayıb


"Ötən il Azərbaycanda isnan hüquqları ilə bağlı yaxşı il olmayıb. Jurnalistlər təzyiqlərlə üzləşib, hücumlara məruz qalıb, sərbəst toplaşmaq azadlığı sahəsində problemlə olub". Bu barədə bu gün Xəzər Universitetində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bildirib. Səfirin çıxışı əsasən ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatının Azərbaycana aid hissəsinə həsr olunub. O müsbət hal kimi ötən il iki dəfə mitinqə rəsmi icazə verildiyini göstərib. "Bu sərbəst toplaşmaq azadlığı sahəsində irəliyə doğru kiçik bir addımdır. Azərbaycanın insan hüquqları sahəsində görəcəyi işlər çoxdur". Səfir bildirib ki, Azərbaycan öz iradəsinə uyğun olaraq qərb standartlarına uyğun demokratik yol seçib. "Bu 1918-1920-ci illərdəki Azərbaycan Demokratik Cümhuriyyətinin irsinə əsaslanır. Azərbaycanın iradəsinə uyğun olaraq ATƏT, AŞ, NATO qarşısında və ikitərəfli münasibətlərdə insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri də buna sübutdur". Onun sözlərinə görə, hökumət insan hüququları sahəsində tədbirləri davam etdirir. "Korrupsiyaya qarşı mübarizə planını həyata keçirir, insan hüquqları ilə bağlı milli proqram qəbul edib. Ümumdünya Ticarət Təşkilatına üzvülüyə çalışır. ÜTT-yə qəbul korrupsiyanın, monopoliyaların qarşısının alınmasına kömək edəcək. Azərbaycan bütünü bunlara hazırdır, sadəcə istəyin reallaşdırlıması lazımdır". O Dövlət Departamentinin hesabatında Azərbaycanda seçkilərlə bağlı məsələyə toxunulduğunu da bildirib. "Seçkilərdə irəliləyişlər olsa da beynəlxalq standartlara cavab verməyib. Bundan sonrakı seçkilərin beynəlxalq standartlara cavab verməsi üçün ABŞ Azərbaycan hökuməti ilə işləməyə hazırdır". Səfir çoxsaylı suallara cavab verib. Maraqlı da olsa E.Ders Azərbaycanda isnan hüquqlarının vəziyyəti ilə bağlı çıxış etsə də tələbələrin əksər sualları ABŞ-ın İraq və Əfqanıstanla bağlı siyasəti ətrafında olub. Demokratik cəmiyyət quruculuğu ilə bağlı suala cavabda isə, o demokratik cəmiyyətlərdə hökumətlərin xalqla birgə demokratiya uğrunda çalışdığını deyib. "Demokratik dövlətlərdə cəmiyyətin hər bir üzvü hüquq, vəzifə və məsuliyyətini bilir. Demokratiya xalqa verilən töfhədir. Yalnız dövlət deyil xalq da bu prosesdə fəal iştirak etməlidir". E.Ders Azərbaycanda azad iqtisadi zonanın yaradılmasında ABŞ dəstəyi ilə bağlı sualın cavabında şəffaflığın təmin edilməsinin, qanunların beynəlxalq stanldartlara cavab verməsinin və yerinə yetirilməsinin vacibliyini bildirib. "Bu amillər təmin edilərsə böyük investorların diqqətini cəlb etmək olar. Bunlar həm də güclü iqtisadi və siyasi inkişafı təmin edən amillərdir". Səfir ABŞ-ın Ermənistanı işğalçı dövlət kimi tanımaması ilə bağlı sualın cavabında, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin sülh və danışıqlar yolu ilə həllinə tərəfdardır". O mətbuat azadlığı məsələsi ilə bağlı reklam bazarındakı vəziyyətə toxunub. "Reklam bazarı inkişaf etməlidir ki, mətbuatın maliyyə mənbəyi formalaşsın. Bəzi hallarda jurnalistləri məlumat yaymaqdan çəkindirmək üçün təzyiqlərə məruz qoyurlar. Hökumətin jurnalistlərin döyülməsi və təzyiqələrə məruz qalması hallarını araşdırılıması onun söz azadlığına sadiq qaldığını göstərir". E.Ders ABŞ-ın İranla bağlı siyasətinə də toxunub və İranın Azərbaycanla qonşu ölkə olduğunu vurğulayıb. "ABŞ-ın İranla bağlı siyasəti bəzən düzgün anlaşılmır. ABŞ İranla qaşıdurmaya getmək istəmir. ABŞ İranı nüvə silahı əldə etməkdən çəkindirmək istəyir. Biz İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadəsinin əleyhinə deyiilk. Ancaq MAQATE-nin son hesabatı da göstərir ki, İran atom enerjisini beynəlxalq standartlara uyğun hazırlamır".
XS
SM
MD
LG