Ədliyyə
nazirliyinin Penitensiar xidməti həbsdə olan “Azadlıq” qəzetinin redaktoru
Qənimət Zahid və həmin qəzetin satirik
yazarı Mirzə Sakit qardaşlarına dekabrın 8-dək Şamaxı rayonunun Meysərli
kəndində ata evində qalmasına icazə verib. Qardaşlara ataları Səlim kişinin
vəfatının 7-ci gününədək icazə verilib. Qənimət
və Sakit qardaşları “Amerikanın səsi” radiosuna eksklüziv müsahibə verib. Onlar
artalarının yas mərasində iştirak üçün buraxıldıqlarına görə minnətdarlıq edir.
İlk öncə Qənimət Zahidi dinləyək. O əfv
olunsa, bunu normal qarşılayacağını bildirir. Cənab Zahid həbsxanna həyatına baxışları ilə bölüşüb.
Mirzə Sakit də əfv
olunsa, bunu müsbət qarşılayacağını deyir. Jurnalist həmçinin tam günahsız olduğunu
bildirir. O, həbsxanada yazdığı yeni bir
şerini də deyib.