Accessibility links

Politoloq hesab edir ki, Azərbaycan İsrail-Fələstin qarşıdurmasında neytral mövqeyini qorumalıdır


Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan İsrail-Fələstin qarşıdurmasında neytral mövqe nümayiş etdirməlidir. Azərbaycanın həm İsraillə, həm ərəb dövlətləri ilə, həm də İslam Konfransı Təşkilatı ilə yaxşı münasibətləri var. Cənab Musabəyovun fikrincə, Azərbaycan cəmiyyətinin müəyyən hissəsi ilə hökumətin problemə baxışında fərqlər var. “Belə ki, əhalinin 8-10 faizi islamın tərəfdarıdır. Həmin şəxslərin münasibəti fərqlidir. Amma bu cəmiyyətin əksəriyyətinin münasibəti deyil. Azərbaycan əhalisi silahlı qarşıdurmanın dayandırılmasının, problemin danışıqlar yolu ilə həll edilməsinin və qurbanlara humanitar yardım göstərilməsinin tərəfdarıdır”-deyə o, qeyd edib.

XS
SM
MD
LG