Accessibility links

Azərbaycanda quş qripi aşkarlanıb


Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Səhiyyə nazirliyi bildirir ki, Xəzər dənizinin sahil hissəsinidə suda üzən çöl quşlarından götürülərək Londonun Verbric laborotoriyasına müayinə üçün göndərilmiş bəzi nümunələrdə quş qripi virusu (N5N1) təsdiq edilib. Bu barədə Səhiyyə nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Xəbərə görə, hazırda Dövlət Baytarlıq Xidməti tərəfindən nəzarət daha da gücləndirilib və əks epizodik tədbirlər həyata keçirilir."İnsanlar arasında xəstəlik halları qeydə alınmayıb. Səhiyyə xidməti lazımi bütün profilaktik tədbirləri görür". Kənd Təsərrüfatı və Səhiyə nazirliyi əhaliyə müraciət edərək xahiş edir. "Quşlarla sıx təmasdan çəkinmək, ev quşlarını çöl quşlarından təcrid etmək üçün onları qapalı şəraitdə saxlamaq lazımdır. Sizi hər bir çöl və ya ev quşlarının ölüm hadisələri haqqında Dövlət Bayatarlıq Xidməstnə məlumat verməyə çağırırıq". Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazo Amerikanın səsi radiosuna müsahibəsində də bildirib ki, Abşeron arxipelaqında aşkar edilən ölmüş köçəri quşlardan götürülmüş qan nümunələrinin Londonun Verbric laboratoriyasında müayinəsi zamanı "quş qripi" virusu (N5N1) aşkar edilib. Onun sözlərinə görə, yoluxma mənbəyindən 3 kilometr radiusda bütün quşlar məhv edilə bilər, 10 kilometr radiusda isə təhlükəli zona elan olunaraq məhdudiyyət qoyulacaq. Bakı şəhəri xüsusi nəzarət zonasına daxil ediləcək. Paytaxta gələn və çıxan bütün nəqliyyat vasitələri dezinfeksiya olunacaq. Dövlət Baytarlıq Xidməti və Səhiyyə Nazirliyi profilaktik tədbir kimi adamları quşlarla əlaqədən çəkinməyə çağırıb. Bundan başqa ev quşlarının vəhşi quşlardan ayrı saxlanması nəzərdə tutulur. Həmçinin quşçuluq fabriklərində monitorinq aparılacaq. Azərbaycan sərhədləri də ciddi nəzarətdə saxlanacaq. E.Şahbazovun sözlərinə görə, hazırda məsələ dövlət səviyyəsində müzakirə edilir və operativ qərarlar qəbul olunur. Səhiyyə nazirliyinin mətbuat xidmətindən isə Mediaforum İnternet saytına bildiriblər ki, Bakıdakı 7 saylı xəstəxana bu xəstəliklə mübarizə üçün hazır vəziyyətə gətirilib. Bundan başqa, Ağ Ciyər Xəstəlikləri Tədqiqat İnstitutunun bir şöbəsi də quş qripi ilə mübarizə üçün ayrılıb. Səhiyyə Nazirliyi diri quşların kəsilib satılmasına qadağa qoyub. Mətbuat xidməti qeyd edib ki, quş qripi ilə bağlı profilaktik tədbirlər çərçivəsində 1500 ədəd xüsusi paltar alınıb. «Quş qripinin insanlara keçəcəyi təqdirdə bu xəstəliyə qarşı mübarizə aparacaq həkimlər üçün 250 ədəd vaksin hazırlanıb ki, həkimlər xəstəliyə yolxumasınlar. Bu günlərdə əlavə olaraq Azərbaycana daha 1000 ədəd vaksin gətirilib». Son məlumatlara görə isə bu gün Bakınıniçməli su ilə təchiz Ceyranbatan su anbarında 12 ölmüş köçəri quş aşkar edilib. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin məlumatına görə, yeni tapılmış ölü quşlardan götürülmüş materiallar dərhal laborator müayinəsinə göndərilib.
XS
SM
MD
LG