Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentinin görüşünü hazırlayır


ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri
Elmar Məmmədyarovla danışıqlar aparıb. Danışıqların təfərrüatı ilə bağlı nə rəsmi strukturlar, nə də həmsədrlər məlumat yaymayıb.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
“Turan” Agentliyinin məlumatına görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentinin iyunun əvvəlində Sankt -Peterburqda gözlənilən görüşünü hazırlamaq məqsədi ilə regiona səfər edib. Onlar öncə Yerevanda olub, bu gün Bakıda danışıqlar aparıb və sonra yenidən Yerevana qayıdıb danışıqları orada davam etdirəcək.
Müstəqil ekspertlər isə prezidentlərin Sankt - Peterburq görüşündə irəliləyişin olacağına inanmır. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, danışıqlar prosesinin uzun müddət iştirakçısı olmuş Vəfa Quluzadə “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Ermənistan yenidən problemin paket həll variantına qayıdıb. Bu isə faktiki Rusiyanın mövqeyinin yenidən danışıqlar prosesinə təsiri deməkdir.

XS
SM
MD
LG