Turan Agentliyinin eksperti Sarvan Rizvanov bildirib ki, ölkədə əsas neft məhsulları və kommunal xidmətlərin qiymətləri kəskin artırıldıqdan sonra istehlak bazarında son bir ayda qiymətlər 10 faizdən çox artıb. Onun fikrincə, hökuimətin bazara müdaxiləsi qiymətlərin artımının qarşısını ala bilməyəcək.
Sarvan Rizvanov əsas tələbat mallarının qiymətlərinin kəskin artımının fevralın oprtalarından başlayacağını bildirib. O hesab edir ki, əhalinin əmək haqlarının artımı da bazara külli miqdarda pulun daxil olmasına səbəb olub.