Accessibility links

Hərbi ekspert Qəbələ RLS-in hərbi-texniki göstəricilərini açıqlayıb


«RİA-Novosti” Agentliyinin məlumatına görə, Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadəyə dair Rusiya–ABŞ məsləhətləşmələri Rusiya prezidenti Vladimir Putinin iyulun əvvəlində Amerikaya nəzərdə tutulan səfərindən sonra başlanacaq. Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Baluyevski bildirib. “ABŞ hökuməti Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə edilməsinə dair Rusiyanın təklifinə münasibətini məhz onda bildirəcək”-deyə o qeyd edib. Hərbi ekspert, istefada olan polkovnik İldırım Məmmədov «Amerikanını səsi» radiosuna müsahibəsində Qəbələ RLS-in texniki göstəriciləri və Rusiyanıün maraqları barədə danışıb. Onun fikrincə, stansiyadan ABŞ və Rusiyanın birgə istifadəsi üçün xeyli texniki-nəzəri məsələlər həllini tapmalıdır. Ekspert hesab edir ki, ABŞ və Rusiya müdafiə sistemləri arasında uyğunsuzluqlar və Moskva ətrafındakı Hava Hücumundan Müdafiə Sisteminin tənəzzül dövrünü yaşaması bunu bir daha zəruri edir.
XS
SM
MD
LG