Accessibility links

Bakıda Qara Dəniz Biznes Forumu keçirilib


Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının Direktorlar Şurasının XIII iclası çərçivəsində Qara Dəniz Biznes Forumu işə başlayıb. Forumda quruma daxil olan 11 ölkədən yalnız Ermənitsan iştirak etməyib. 250-ə qədər yerli və xarici iş adamlarının da iştirak etdiyi tədbirdə iqtisadi inkişafda maliyyə sektorunun rolu, aqrobiznesdə, yeyinti emalı sənayesi sahəsində investisiya imkanları, infrastrukturun inkişafı məsələləri müzakirə olunub. Azərbaycanın iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov prezident İlham Əliyevin təbrikini oxuyub. Prezident forumun sürətli iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan üçün əlamətdar olacağını bildirib. Onun sözlərinə görə, qarşılıqlı əlaqələr yalnız faydalı biznes mühiti şəraitində mümkündür. İqtisadi inkişaf naziri Heydər Babayev ötən il Azərbaycan iqtisadiyyatında 27%-lik artım müşahidə olunduğunu və növbəti 5 ildə külli miqdarda gəlirlərin əldə ediləcəyini bildirib. Onun fikrincə, Azərbaycanın ticarət sektorundakı mövqeyi regionda öz sözünü deyib.«Növbəti mərhələdə yoxsulluğun səviyyəsi sürətlə aşağı salınacaq. Neft sektoru ilə yanaşı qeyri-neft sektorunda da böyük artım var. Artıq inkişaf neft nektorundan qeyri-neft sektoruna keçib. Biz isətyirik ki, yerli istehsal və biznes Avropa standartlarına tam cavab versin». Cənab Babayev son 9 ildə Azərbaycanda ümumidaxili məhsulun 3 dəfə artdığını və yaxın 2-3 ildə bu göstəricinin daha iki dəfə artacağını diqqətə çatdırıb. Nazir hesab edir ki, Azərbaycanın davamlı inkişafı böyük sərmayə yatırımı üçün əlverişli şərait yaradır. «Artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatıb, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi başa çatmaq üzrədir. Böyük İpək Yolu, Şərq-Qərb nəqliyyat dəhlizi proqramları uğurla həyata ekçirilir. Kars-Tbilisi-Bakı dəmir yolu layihəsinin reallığa çevrilməsi isə Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin marağındadır. Bu həm də ,Qara dəniz Ticarət və İnkişaf bankına maparağın artıracağına təkan verəcək». İqtisadi inkişaf naziri Azərbaycanın xarici ölkələrdə iqtisadi layihələri maliyələşdirməkdə maraqlı olduğunu da önə çəkib. «Biz Dövlət İnvestisiya Şirkəti təsis etmişik. Bu şirkət vasitəsilə kapitalımızı xarici ölkələrə çıxaracağıq. Bir çox Qara dəniz hövzəsi ölkələri isə Azərbaycanda kənd təssərrüfatı, kommunikasyia və xidmət sektoruna investisiya qoymaqda maraqlıdır». Qara Dəniz Ticarət və İnkişaf bankının prezidenti Hayrettin Kaplan bankın fəaliyyətində nəzərə çarpacaq inkişafın qeydə alındığını bildirib. O bu inkişafı region ölkələrindəki inkişaf tempinin yüksək olması ilə izah edib. «Hazırda bankın inkişafı ümumdünya səviyyəsində gözə çarpır. Bank region ölkələri arasında əməıkdaşlığın iknişafına təkan verir. Qara dəniz regionu demoqrafiya və demokratiya baxımından mürəkkəb regiondur. Eyni zamanda, ölkələrin inkişafı üçün böyük potensial var, regionda siyasi və iqtisadi stabillik hökm sürür. Qara dəniz ölkələri iqtisakdi inkişafda yalnız Çindən geri qalır. Bu ölkələrdə iqtisadi artım 5 faizdən çoxdur və sırada birinci Azərbaycan durur. 2000-2005-ci illərdə regiona xarici investisiyanın cəlbi də sürətlə artıb. Ümumidaxili məhsula nisbətdə xarici investisiyalar 2,9 faiz təşkil edir. Hesab edirik ki, maliyyə sektorunda canlanma ümumi davamlı inkişafa təkan verəcək». Cənab Kaplan hesab edir ki, Azərbaycanın investisiya cəlbi baxımından böyük potensialı var.«Xarici sərmayədarlar Azərbaycanda əsasən kənd təsərrüfatı, sənaye və xidmət sahələrində maraqlıdır. Sərmayələrin cəlbində ilk öncə infrastrukturun müasirəlşdirilməsi və özəl sektor mühüm rol oynayır». Maliyyə naziri Samir Şərifov növbəti 15 ildə Azərbaycan neftinin 1 barelinin qiymətinin 40 dollara satılacağı təqdirdə 100 mlrd. dollar həcmində vəsaitin ölkəyə daxil olacağını deyib.«2006-cı ildə ÜDM-in 40%-dək artması gözlənilir və bu, Azərbaycan üçün son səviyyə deyil. Respublikada neft gəlirləri sahəsində əlverişli iqtisadi mühit yaradılıb və növbəti 15 ildə böyük həcmdə daxilolmalar gözlənilir. Bununla əlaqədar maliyyə sektorunun inkişafı çox vacibdir və bank sektorunun fəaliyyətinin beynəlxalq standartlara çatdırılması üçün hökumət şərait yaratmalıdır. Bank sektorunda xidmətlərin keyfiyyətinin artırılması üzrə tədbirlər görülməlidir» - deyə nazir qeyd edib. Bu gün Direktorlar Şurasının qərarı ilə QDTİB tərəfindən 4 yerli bank təşkilatına - «Kapital Bank», «Texnikabank», «Azərdəmiryolbank» və «Respublika» banklarına 11 mln. dollar həcmində kredit xəttinin açılması üçün sazişlər də imzalanıb.
XS
SM
MD
LG