Accessibility links

Azərbaycan prezidenti Noruz şənliklərində iştirk edib


Azərbaycanda Novruz şənlikləri davam edir. Ölkənin bütün meydanları, parkları, küçələri bahar rəsmləri ilə bəzədilib, tonqallar çatılıb. Musiqiçilər, kəndirbazlar öz bacarığını nümayiş etdirir. Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə, hökumət üzvləri Qoşa Qala qapısına gələrək şənliklərdə iştirak edib. Dövlət başçısı ilk öncə xalqı Novruz bayramı münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu il daha bərəkətli və uğurlu olacaq. Cənab Əliyev yoxsuluğunun aradan qaldırılması, regionların inkişafı, infrastrukturun yeniləşməsi ilə bağlı çoxsaylı layihələrin həyata keçiriləcəyini deyib. Dövlət başçısı hesab edir ki, tərəqqini neft-qaz deyil, təhsil və bilik müəyyən edir. O martın 16-da Bakıda Dünya Azərbaycanlılarının 2-ci qurultaının keçirilməsini tarixi hadisə adlandırıb və Azərbaycanın diaspor təşkilatlarının güclənldiyini bildirib. Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı daha geniş danışıb. Onun fikrincə, münaqişənin həlli Azərbyacanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normaları daxilində mümkündür. Cənab Əliyev düna azərbaycanlılarının qurultayında da münaqişə ətrafında geniş müzakirələr keçirildiyini və xalqla dövlət arasında birlik olduğunu xüsusi vurğulayıb. Prezident ciddi çıxışdan sonra keçəllə kosaya rast gəlib və el adətincə yumurta da döyüşdürüb. Bu ilki Novruz şənliklərinə on minlərlə insan qatılıb. Diqqəti çəkən məqamlardan biri də şənliklərdə İran Azərbaycanından-Cənubi Azərbaycandan çoxminli azərbaycanlıların qatılmasıdır. Onlar İranda bayram şənliklərinin keçirilməməsindən narazıdır.
XS
SM
MD
LG