Accessibility links

Piter Eynsvolf: «Şəffaflığın səviyyəsi nə qədər azdırsa, korrupsiyanın səviyyəsi o qədər artıqdır»


ABŞ Ədliyyə departamentinin rəis müavini Piter Eynsvolfs «Amerikanın səsi» radiosuna müsahibəsində Azərbaycanda korrupsiya problemlərindən danışıb. O Azərbaycanda korrupsiyanın yüksək səviyyəsi ilə bağlı sualın cavabında ABŞ-da korrupsiyadan misal gətirib. «ABŞ-da korrupsiya var. Korrupsiyanın olmasını biz etiraf edirik və bunun çözülməsi üçün konkret addımlar atırıq. Biz bu addamıları atmaqla Amerika xalqına açıq şəkildə ismarıc veririk ki, korruspsiya faktına qarşı aqresiv şəkildə münasibət göstəririk. Konkret addımlarımızın təzahürü odur ki, son bir neçə ayda iki parlament üzvünü, bir neçə hakim orqanların təmsilçilərini və icra sisteminidə çalışan bir neçə məmuru həbsə alıb mühakimə etmişik». Cənab Eynsvolfs Azərbaycan hökumətinin korrupsiya sahəsində atdığı addımlarla bağlı bunları deyib. «Müstəqilliyini yeni əldə etmiş gənc dövlətlər arasında Azərbaycan korrupsiyanın ağırlığı və fəsadları ilə rastlaşan yeganə dövlət deyil. Problemin aradan qaldırılması üçün Azərbaycan artıq bir sıra beynəlxalq sənədlərə qoşulub və bu sənədlərin ratifikasiyası ciddiliyi ilə üz-üzə durur. Ən əsas məsələ isə müstəqil şəkildə fəaliyyət göstərən prokurorluq orqanlarının olmasıdır ki, hər hansı məmurun və şəxsin rütbəsinin yüksək olmasına baxmayaraq, korrupsiya halı yarananda məsələnin tez çözülməsi üçün səmərəli tədbirlər görsün». ABŞ ədliyə departamentinin rəsmisi korrupsiya ilə mübarizədə mətbuatın rolunu çox önəmli və çox vacib adlandırıb. «Müstəqil və səmərəli fəaliyyət göstərən media nümayəndələri hər bir mühakimə barəsində ictimaiyyətə və korrupsiyaya uğramış başqa məmurlara açıq və bəsit şəkildə öz ismarıclarını göndərə bilər. Bu isə ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığını göstərən bir siqnal olar». O ABŞ-ın Azərbaycana korrupsiyaya qarşı fəaliyyətlər göstərmək sahəsində imkan daxilində əlindən gələn yardımları göstərdiyüini bildirib. «Son nəticədə gözəl dərk edirik ki, korrupsiya amili və korrupsiyanın mövcudluğu bilavasitə iqtisadi inkişaf və demokratik təsisatların inkişafına çox mane olur». Cənab Eynsvolfs demokratiyanın səviyyəsi ilə korrupsiyanının səviyyəsi arasındakı uyğunluqla bağlı suala cavabda şəffaflığın səviyyəsinin inkşafı və korrupsiyanın səviyyəsinin nəzərə alınmasının vacibliyini deyib.«Bu iki amil qeyri mütənasib münasibətdədir. Hökumət tərəfindən göstərilən şəffaflığın səviyyəsi nə qədər azdırsa, o qədər də korrupsiyanın səviyyəsi artıqdır». O dövlət rəsmilərinin gəlirləri və əmlakı barədə məlumatların ictimaiyyətə çatdırılmasını vacib sayır.
XS
SM
MD
LG