Accessibility links

Müsavat partiyası toplaşmaq azadlığı tələb edir


"Müsavat" partiyasının bir qrup fəalı Bakı şəhər İcra Hakimiyyətinin qarşısında "sərbəst toplaşmaq azadlığının təmin edilməsi" tələbi ilə piket keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb. On iki fəal saxlanıb. Saxlananlar arasında "Müsavat" partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı da var.

Müsavatçı fəalların ikinci cəhdi zamanı isə bir neçə gənc istefa şüarları səsləndirib. Məhz bu şüar gənclər saxlandıqdan sonra, onların avtobusda mülki geyimli şəxslərin təzyiqinə məruz qalmasına səbəb olub.

Öz növbəsində, Səbael rayon polis idarəsinin rəis müavini Kamal Vəlişov etirazçıların fiziki təzyiqə məruz qalmadığını bildirib. Onun sözlərinə görə, piketçilər sadəcə hadisə yerindən üzaqlaşdırılıb.

ATƏT-in Bakı ofisinin eksperti Andra Şudik isə baş verənləri ATƏT-in təhlil edib nəticələri elan edəcəyini deyib.

Yeri gəlmişkən bildirim ki, bu "Müsavat" partiyasının sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə keçirdiyi ikinci etiraz aksiyasıdır. Partiya Bakı meriyasından vətəndaşların daha sıx yaşadığı yerlərdə kütləvi aksiyalar keçirməsinə icazə verməsini istəyir. Meriya da hər dəfə Bayıl qəsəbəsindəki bir stadionu göstərir. "Müsavat" partiyası isə həmin yerdə mitinq keçirməyin mümkün olmadığını bildirir.

XS
SM
MD
LG