Accessibility links

Azərbaycanda insanlarda quş qripini müəyyən edən laborotoriya quraşdırılıb


Azərbaycanda quş qripindən şübhəli bilinən 4 nəfər Salyan rayon sakini vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri ilə birgə onların qan nümunələrinin laborotor analizləri barədə ictimaiyyətə məlumat veriləcək. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev bu gün keçirdiyi mətbuat konfrnasında bildirib. Cənab Şirəliyev dövlət səviyyəsində quş qripi virusunun əhali arasında yayılmaması üçün hərtərəfli tədbirlər görüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, son bir neçə gündə yüzdən çox insan müayinədən keçib və quş qripi müəyyən edilməyib. Nazir Bakıda ilk dəfə olaraq Ümumdünya Səhiyyə Təşkilatının köməyilə insanlar arasında quş qripini müəyyən edən laborotoriya quraşdırıldığını deyib. Onun sözlərinə görə, laborotoriya artıq Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin iştirakı ilə analizlərə başlayıb. Cənab Şirəliyev jurnalistlərin sualının cavabında, bütün dövlət tibb müəsisələrində müalicənin pulsuz aparıldığını deyib. Lakin jurnalistlərdən biri qohumlarından müalicə müqabilində rüşvət alındığını və dərmanların pulla verildiyini nazirin diqqətinə çatdırıb. Səhiyə naziri bir daha əhaliyə müraciət edərək müalicə müqabilində rüşvət tələb edən tibb işçiləri barədə məlumat vermələrini xahiş edib. O Amerikanın səsi radiosunun quş qripi virusun yayıcısı kimi paytaxt küçələrində çoxsaylı sahibsiz it və pişiklərin olması ilə bağlı sualına da cavab verib. Nazir problemin tezliklə araldan qaldırılması üçün tədbirlər görüləcəyini bildirib.
XS
SM
MD
LG