Bakının Nardaran qəsəbəsinin sakinləri bu gün yenidən mitinq keçirib. Onlar bu il yanvarın 24-də kənd sakinləri ilə polis arasında baş vermiş qanlı olayın obyektiv araşdırılmasını tələb edir. Qeyd edək ki, yanvarın 24-də kənd sakinləri ilə poliçs arasında baş vermiş qarşıdurma nəticəsində bir nəfər sakin iki polis zabiti həlak olub. Mitinqdə çıxış edən yerli sakinlər Nardaran kəndinin ağsaqqallarını ölkə prezidentinin qəbul etməsini önə çəkib. Onlar istintaqa inanmadığın obyektiv aparılmasına inanmadıqlarını bildir. Sakin Mehman Məmmədov.
Öz növbəsində bir neçə gün öncə daxili işlər naziri Ramil Usubov bildirib ki, Nardaranda baş verən olayla bağlı prokurorluq tərfəfindən istintaq aparılır. Nazir polis əməkdaşlarının vəzifə səlahiyyətlərini yerinə yetirərkən qətlə yetirildiyini deyib.
Cənab Usubov kənd sakinlərinin polisin sərxoş olması barədə dediklərini təkzib edib və Nardaran qəsəbəsində narkotik becərilməsi ilə məşğul olanların olduğunu bildirib.