BP-Azərbaycan şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri dayandırılıb. Hazırda beynəlxalq konsorsium Xəzərdən neft və qaz hasilatını azaldıb. Şirkət daşımaları yalnız alternativ yollarla həyata keçirir. Onun sözlərinə görə, Cənubi Qafqaz qaz kəməri işləyir.