Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər
Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər
NATO
Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsini dəstəkləyir. Təşkilat hesab edir ki, bu il keçiriləcək prezident seçkiləri ölkəyə beynəlxalq inamın artırılması üçün bir sınaqdır. NATO-nun və Türkiyə səfirliyinin
dəstəyi ilə “Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda
keçirilən konfransda seçki və təhlükəsizlik məsələləri diqqətdə olub.
Türkiyənin Azərbaycandakı səfiri
Hulusi Kılıc bildirib ki, Azərbaycan 1994-cü ildə əsrin kontraktını imzalamaqla ölkənin
Avroatlantik məkana inteqrasiyasının real əsasını qoyub. Azərbaycan həm də Türkiyə və Avropanın
Orta Asiyaya qapısıdır. Səfir Türkiyənin Azərbaycanın NATO-ya inteqrasiyasına köməyini bundan sonra da davam etdirəcəyini bəyan edib.
Cənab Kılıc Azərbaycanda prezident
seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə ümid etdiyini bildirib.
Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev Azərbaycanın hazırda NATO-nun təhlükəsizlik və başqa sahələr üzrə əllidən çox məqsədlərini həyata keçirdiyini deyib. Ölkənin Milli
Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Hərbi doktrinanın layihəsi üzərində işlər isə yekunlaşır.
NATO
Baş katibinin İctimai Diplomatiya üzrə köməkçisi Jan Fransua Buronun fikrincə,
NATO-Azərbaycan əməkdaşlığı
inteqrasiya sahəsində əməkdaşlığa yönəlib. Onun sözlərinə görə, "Fərdi Tərəfdaşlıq Əməliyyat"
Planının ikinci mərhələsinin başlanması əməkdaşlığın yeni üfüqlərini açır və ilk təəssürat çox müsbətdir.
NATO Azərbaycanın da yeni istiqamətləri irəli sürəcəyinə ümid edir və bu münasibətlərə yeni töhfələr verər.
O, oktyabrda keçiriləcək prezident seçkilərini yaxşı bir fürsət adlandırıb. "Bu seçkilər Azərbaycanın öz daxili demokratik mühitini yaxşılaşdırmağa kömək edə bilər. NATO inanır ki, seçkilər
demokratik keçiriləcək və bu, təhlükəsizlik
sahəsində də mühüm bir addım olacaq. Bütün problemlərin
konsensus yolu ilə həll
olunur. Cəmiyyətdə konsensus isə yalnız dialoq yolu ilə həll oluna bilər. Bu isə azad mediaya çıxış və ictimai dialoq yolu ilə edilir. Azad media olmalıdır ki, həm də yeni texnologiyalara çıxış əldə edilsin".
ABŞ-ın Azərbaycandakı
səfiri Enn Dersi bu il ABŞ və Azərbaycanda keçirilən seçkiləri demokratiya və fərdi azadlıqların gücləndirilməsi üçün imkan adlandırıb. Demokratik ölkədə seçkilər yalnız səs
verilməsi və səslərin hesablanması ilə məhdudlaşmır.
Səfir seçkilərin beynəlxalq
standartlara uyğun olmasının vətəndaşların azad birləşmək, toplaşmaq və mediaya çıxış hüququnun
reallaşdırılması üçün imkanlar yaradılmasından keçdiyini bildirib.