Müsavat Partiyasının VII qurultayı açılıb. Qurultayda 83 rayon təşkilatından 511 nümayəndə iştirak edib. Müsavat partiyasının başqanı İsa Qəmbər hesabat məruzəsində ölkədə ictimai-siyasi durum, iqtisadi-sosial vəziyyət, xarici siyasət, Ermənistan-Azərbaycan münaqişəsi və İranda baş verən son hadislərə toxunub. Müsavat başqanı Azərbaycan hakimiyyətinin korrupsiya və rüşvətə rəvac verdiyini bildirib. Onun fikrincə, hökumət rəhbərlərinin səhv siyasəti nəticəsində emiqrarsiya son həddə çatıb. Cənab Qəmbər hökumətin iş adamlarına qarşı münasibətini də pisləyib. Müsavat başqanının qənaətincə, hökumətin xarici siyasət kursu davamlı deyil. Onun fikrincə, dövlət başçısı hakimiyyəti saxlamaq üçün həm Rusiyaya, həm İrana, həm də ABŞ-a müxtəlif vədlər verib. Müsavat partiyası hesab edir ki, Azərbaycan saxta birliklərlə, totalitar, teokratik rejimlərlə əməkdaşlığa son qoymalı və azad dünya ilə əməkdaşlığı dərinləşdirməlidir. İsa Qəmbər hesabat məruzəsində İranda baş verən son hadislərə xüsusi diqqət çəkib. Müsavat başqanının fikrincə, İranın nüvə silahı əldə etməsi dünyada sabitliyə, təhlükəsizliyə təhlükə olduğu kimi, Azərbaycanın da təhlükəsizliyinə təhdid və təhlükədir. Cənab Qəmbər İranda azərbaycanlıların təhqir olunmasına etirazını bildirib və buna qarşı bütün azərbaycanlıların birgə mövqe bildirdiyini önə çəkib. Müsavat başqanının Bakıda İranda yaşayan azərbaycanlıların müdaifəsi üçün kütləvi aksiyanın keçirilməsi barədə bəyanatı isə alqışlarla qarşılanıb. Partiyanın qurultayı İsa Qəmbəri yenidən Müsavat partityasının başqanı seçib. Cənab Qəmbər 1992-ci ildən Müsavat partiaysına rəhbərlik edir. Partiya 1993-cü ildən müxalifətdədir.