Accessibility links

Rusiya və Azərbaycan müdafiə nazirləri Qəbələ RLS-də olub


Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bu gün Bakıda Azərbaycanın baş naziri Artur Rasizadə və müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Danışıqların yekunları olaraq müdaifə nazirləri 2008-ci il üçün hərbi sahədə ikitərəfli əməkdaşlıq planı imzalayıb. Danışıqlarda tərəflər həmçinin Qəbələ RLS-in istismarı da daxil olmaqla, bir sıra maraq kəsb endən digər məsələləri də müzakirə edib. Yeri gəlmişkən bildirək ki, strateji texniki kəşfiyyat obyekti olan Qəbələ RLS 2002-ci ildə 10 il müddətinə Rusiyanın icarəsinə verilib. Bu ilin mayında Rusiya prezidenti Avropada RƏM sistemi yaratmaq əvəzinə, Qəbələ RLS-dən Amerika ilə birgə istifadə təklifi ilə çıxış edib. Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı Azərbaycan müdaifə naziri Səfər Əbiyev bildirib ki, Qəbələ RLS-lə bağlı bütün qərarlar Azərbaycanın iştirakı ilə və bu obyektin Azərbaycanın mülkiyyəti olması nəzərə alınmaqla qəbul edilməlidir. Cənab Əbiyev Rusiya müdafiə nazirinin səfərinin iki ölkənin hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlməsinə xidmət edəcəyini də ifadə edib. Azərbaycan müdafiə naziri həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində regionda vəziyyətin ağır olaraq qaldığını vurğulayıb. «BMT TŞ dörd qətnamə qəbul edib, Ermənistan isə bu qətnamələrə əhəmiyyət verməyib. Təəssüf ki, MDB hələ də Ermənistanın təcvüzkar siyasətinə qiymət verməyib və bu istiqamətdə heç bir addım atmayıb". Öz növbəsində, cənağ Serdyukov ikitərəfli münasibətlərin gələcəkdə inkişaf edəcəyini bildirib. Rusiya müdafiə naziri Azərbaycanın hərbi mütəxəssislərinin Rusiya ali məktəblərində təhsil alması və Azərbaycanın hərbi texnikasının Rusiya müəssisələrində təmiri üzrə razılaşma əldə olunduğunu da deyib. Rusiya və Azərbaycan müdafiə nazirləri Qəbələ RLS-ə də baş çəkib. Rusiya müdafiə nazirinin mətbuat katibinin məlumatına görə, cənab Serdyukov Qəbələ RLS-in döyüş hazırlığında olduğunu, şəxsi heyətin gecə-gündüz növbə çəkdiyini bildirib.
XS
SM
MD
LG