“Azərbaycanda iqtisadi böhranın nəticələri işsizlərin sayının artmasına səbəb olacaq. Artıq bir sıra şirkətlər ixtisarlar aparır.” Bu barədə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun fikrincə, Azərbaycanda real statistika olmadığından işsizlərin sayını da dəqiq müəyyən etmək çətindir. “Bununla yanaşı, ölkədə maliyyə böhranının iqtisadi böhrana keçməsinin baş verdiyi aydın müşahidə edilir. İqtisadi böhran sürətlənərsə sosial böhrana keçəcəyini də istisna etmək olmaz.”
Ekspert həmçinin Azərbaycan manatının məzənnəsinin dollar və avroya nisbətdə ucuzlaşacağını deyir.