Accessibility links

ABŞ mütəxəssisləri Azərbaycanda böhranlı vəziyyətdən çıxış üzrə təlimlər keçirir   


ABŞ Müdafiə Departamenti, Federal Təhqiqat Bürosu, Gömrük və Sərhədləri Müdafiə Agentliyi iyunun 5-dən 9-dək Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Respublika Prokurorluğu, Müdafiə Nazirliyi və digər hüquq-mühafizə orqanlarının yüz nəfər nümayəndəsinə böhran vəziyyətindən çıxış üzrə təlimlər keçir. Bu gün təlimdə iştirar edən Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları nümunəvi çıxışlar nümayiş etdirib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Conatan Henik bildirib ki, ABŞ və Azərbaycan hökumətləri çox mükəmməl hərbi əməkdaşlıq aparır.«Bu əməkdaşlıq iki kateqoriyaya bölünür. Birinci, Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramında üzərinə götürdüyü öhdəlikləri həyata keçirməyə, ikinci isə Azərbaycanın quru və dəniz sərhədlərinə nəzarəti gücləndirməyə köməkdir». Onun sözlərinə görə, hazırda keçirilən treyininqin əsas məqsədi Azərbaycan ərazisindən qanunsuz keçirilən kimyəvi maddələri aşkarlayıb qarşısını almaqdır.«Treninq ABŞ-ın "Kütləvi qırğın silahlarının yayılmasına qarşı beynəlxalq mübarizə" proqramı çərçivəsində həyata keçirilir."Bugünki məşqlər "Kütləvi qırğın silahlarından istifadə zamanı yaranmış böhranlı vəziyyətə cavab" adlanır. Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması beynəlxalq səviyyədə qarşıda duran ən mühüm məsələlərdən biridir. Azərbaycan bu xidmətlərdə ABŞ-ın çox güclü tərəfdaşıdır"-deyə o bildirib. ABŞ Müdafiə Nazirliyinin təmsilçisi, mayor Kits Folsetti deyib ki, "Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı beynəlxalq mübarizə" proqramı Azərbaycanda 1999-cu ildən həyata keçirilir. "Altı ildə Azərbaycanın müxtəlif nazirliklərilə gözəl əməkdaşlıq yaratmışıq. Bu treninqin əsas məqsədi Azərbaycan-ABŞ əməkdaşlığını daha da gücləndirmək üçün lazımi imkanlar və avadanlıqların təqdim olunmasıdır. Məşqlər vasitəsilə Azərbaycanın öz ərazi və əhalisini kütləvi qırğın silahlarından qoruması üçün lazım olan bütün resurslara malik olmasının vacibliyini göstəririk"-deyə o bildirib.
XS
SM
MD
LG