ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı General Bants Kraddokun başçılıq etdiyi nümayəndə heyəti mayın 20–si və 21-də Azərbaycanda səfərdə olub. Cənab Kraddok səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, müdafiə və xarici işlər nazirləri naziri ilə danışıqlar aparıb.
Görüşlərdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik, beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın verdiyi töhfələr və beynəlxalq məsələlər müzakirə edilib.