Accessibility links

ABŞ səfiri Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində altı tədbiri həyata keçirməsini vacib sayır


Bakıda Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Beynəlxalq Şəffaflıq təşkilatı "Korrupsiyaya qarşı mübarizə və keçid dövründə olan ölkələrdə islahatlar" adlı iki günlük konfrans keçirir. Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasınını rəhbəri Ramiz Mehdiyev korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının yaradılması, dövlət proqramının qəbulu, dövlət komissiyasının formalaşması, islahatların keçirilməsi və Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması barədə məlumat verib. O, Azərbaycan prezidenti İlham Əliyevin konfransa təbrikini də çatdırıb. Dövlət başçısı korrupsiyaya qarşı effektli mübarizə aparlıdığını vurğulayır.

Beynəlxalq Şəffaflıq təşkilatının Direktorlar Şurasının rəhbəri Nuqet Label (Nuqet Label) qeyd edib ki, korrupsiyaya qarşı mübarizə üzrə islahatlar asan olmur və bir gündə həyata keçirilmir. "Dünyada həyata keçirdiyimiz tədbirlər göstərir ki, həm siyasi iradə nümayiş etdirilməli, həm islahatlar aparılmalı, həm də vətəndaş cəmiyyətləri gücləndirilməldir. Hesabatlı hökumət olmalı və azad mətbuat dəstəklənməlidir. Məhz bu halda ölkədə şəffaflıq təmin edilə bilər».

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi konkret misallarla korrupsiyanın ölkə üçün məhvediciliyi haqda danışıb. Onun fikrincə, Azərbaycan da başqa ölkələr kimi korrupsiya problemi ilə üzləşdiyini başa düşür. Səfir fikrini misallarla izah edib və səhiyyə, təhsil, biznesdə korrupsiyanın acı nəticələrini xatırladıb. Onun firkincə, korrupsiya həm də ölkələrin milli təhlükəsizliyinə təhdiddir. Xanım Dersi ABŞ-ın korrupsiyaya qarşı mübarizədə Azərbaycana kömək etməyə hazır olduğunu bəyan edib. Onun fikrincə, Azərbaycan uğur qazanması üçün ciddi tədbiprlər görməli və ilk öncə altı mühüm spesifik tədbir həyata keçirməlidir.

Baş prokuror Zakir Qaralov isə bildirib ki, 2005-ci ildən bu vaxta kimi Korrupsiya Əleyhinə İdarə tərəfindən korrupsiyaya görə 150 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 56 cinayət işi isə məhkəmələrə verilib. Prokurorluğun digər bölmələri tərəfindən dövlət əmlakının israfı, rüşvət alınması və digər cinayət faktları üzrə 258 nəfər məsuliyyətə cəlb edilib. Korrupsiya əleyhinə ən ciddi işlər arasında Qaralov sabiq səhiyyə və iqtisadi inkişaf nazirlərinin işlərini, həmçinin Penitensiar sistemdə pozuntuları qeyd edib. Prokuror Amerikanın istintaqla könüllü əməkdaşlıq edənlərin məsuliyyətinin yumşaldılması təcrübəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyünü qeyd edib.

XS
SM
MD
LG