Accessibility links

Azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından öncə icmalar arasında münasibət qurulmalıdır


Məcburi Köçkünlər Birliyinin sədri Kərim Kərimli məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa hazır olduğunu bildirib. Onun fikrincə, Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi nəticəsində yurdlarından qaçqın düşmüş yüz minlərlə insanın evlərinə qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramını Azərbaycan təklikdə həyata keçirməməlidir. “Dağlıq Qarabağ problemi təkcə Azərbaycan və Ermənistanın deyil, dünyanın problemidir. Dünya dövlətləri də bu problemin həllində yaxından iştirak etməli, qayıdış proqramının yerinə yetirilməsinə kömək etməlidir” .
Ekspert hesab edir ki, məcburi köçkünlərin qayıdışına qədər Dağlıq Qarabağda birgə yaşayacaq azərbaycanlı və erməni icması arasına qarşılıqlı etimad yaradılmalıdır. Bu isə xalqlar arasında münasibətlərin yaradılmasıdır.

XS
SM
MD
LG