Accessibility links

«İraq Türkmənləri və Azərbaycan» mövzusunda konfrans keçirilib


Bakıda Qafqaz Media Mərkəzi və Avrasiya Dialoqu İctimai Birliyinin dəstəyilə «İraq Türkmənləri və Azərbaycan» mövzusunda konfrans keçirilib. Forumda İraq Türkmən Cəbhəsinin rəhbərləri, İraqın Azərbaycandakı səfiri, Azərbayan Milli Məclisinin deputatları, araşıdırcılar, politoloqlar, hüquq müdafəçiləri, siyasi partiya təmsilçiləri iştirak edib. İrak Türkmənləri Ədalət partiyasının sədri Ənvər Həmid Bayraktar bildirib ki, İraqdakı turkmənlər çox ağır durumda yaşayır. Türkmənlərin bir hissəsi Səddam dövründə, bir hiisəsi isə hazırki dövrdə ölkəni tərk edib. On minlərlə insan müharibə və terror qurbanına çevrilib. O İraq turkmənlərinin qan qardaşı Azərbaycan xalqının köməyinə böyük ehtiyac duyduğunu bildirib.Cənab Bayraqdarın fikrincə, iki dövlətdə yaşayan eyni xalqın mütəmadi əlaqələri üçün ilk öncə təyyarə reysləri açılmalıdır. İraq Türkmən Cəbhəsinin nümayəndəsi Hüseyn Kərimbəyoğlu Azərbaycan xalıqının və İraq türkmnələrinin dil, mədəniyyət, adət-ənənə birliyinə malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu xalqların bayatıları, atalar sözləri, ədəbiyyat xadimləri də eynidir. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva İraq türkmənlərinə Azərbaycan xalqı tərəfindən yardım olunacağına və onların Bakıda nümayəndəliyninin açılacına ümid edir. Deputatın fikrincə, İraq türkmənlərinin probleimləri Azərbaycan hökumətinin də diqqətindədir. İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl da Azərbaycanda İraq türmənlərinin nümayəndəliynini açılmasını dəstəkləyir. Onun fikrincə, Azərbaycan hökumətinin İraq türkmənlərinə təhsil və səhiyyə sahəsində yardımı da diqqətə layiqdir. Səfirin sözlərinə görə, hazırda İraq türkmənlərindən olan 50 tələbə Azərbaycanda oxuyur.
XS
SM
MD
LG