Accessibility links

Türkiyə, İran və Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edilib


Bu günlərdə Türkiyədə Azərbaycan, İran və Türkiyədə insan haqları, o cümlədən qadın haqları ilə bağlı beynəlxalq konfrans keçirilib. Konfransda hər üç ölkənin, o cümlədən Avropa və Amerikadan hüquq müdafiəçiləri iştirak edib.

Forumda İranda insan haqlarının, xüsusilə qadın haqlarının ağır vəziyyəti tənqid olunub. Konfransda İrandakı bütün millətlərin təmsilçiləri qadın hüquqlarının dözülməz dərəcədə ağır olduğunu deyib.

Bu gün Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti İranda jurnalist Şahnaz Qulaminin həbsini pisləyən bəyanatla çıxış edib.

“Xanım Qulaminin həbsi söz azadlığının pozulması, qadın haqlarının tanınmaması, jurnalistlərin və qadın haqlarının müdafiə edilməməsidir. Biz hadisədən çox ciddi narahatçılıq keçirir və İran dövlətindən humanizm dəyərlərini uca tutaraq jurnalisti tezliklə azadlığa buraxılmasını xahiş edirik”-deyə sənəddə qeyd edilir

Daha ətraflı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun “Amerikanın səsi” radiosuna müsahibəsində tanış ola bilərsiniz.


XS
SM
MD
LG