Accessibility links

İran prezidentinin Bakı səfəri və etiraz edənlər


İran prezidenti Mahmud Əhmədinejadın Bakıya səfəri başa çatıb. O rəsmi görüşlərində qərbin əleyhinə ifadələr işlətməsə də bu gün bəzi seçilmiş mətbuat orqanlarının nümayəndələri ilə söhbətində bu mövzuya toxunub. «Trend» Agentilyinin məlumatına görə, İran prezidenti dünyanın böyük dövlətlərinin İran xalqının hüququna hörmətlə yanaşmağa məcbur olacağını bildirib. Cənab Əhmədinejad deyib ki, İran nüvə texnlogiyasından sülh məqsədləri və xalqının işıqlı gələcəyi üçün istifadə etmək niyyətindədir. «Yalnız öz xeyri barədə düşünən böyük qüvvələr İranın nüvə texnologiyasının istifadəsinin qarşısını almağa çalışırlar». Dövlət başçısı iqtisadi sanksiyalara və psixoloji mübarizəyə rəğmən, İran xalqının öz yolundan dönməyəcəyini də diqqətə çatdırıb. «Biz tam sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasının şahidlərinə çevriləcəyimizə ümid edirik» - deyə prezident qeyd edib. İran prezidentinin səfərinin əleyhinə etirazlar da qeydə alınıb. Bu gün onlarla insan İranın Bakıdakı səfirldiyi qarşısında piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb, 11 nəfər saxlanıb. Dünya Azərbaycanlıları Konqresinin Əlaqələndirmə Şurasının fəalı Rəşad Xasayoğlu İranda milyonlarla azərbaycanlının dünyada hamı tərəifndən tanınan fundamental hüquqlarını pozan dövlət başçısının Azərbaycana səfərini təhqir adlandırıb. Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşlırı İran səfirliyinin qarşısında və ətrafında çəkiliş aparan jurnalistlərə də mane olub. «Azadlıq» radiosunun və «Turan» agenitilyinin müxbirlərinin fotoaparatları alınaraq şəkillər pozulduqdan sonra qaytarılıb. Son məlumatlara görə isə, saxlanan aksiya iştirakçılarından 6-sı xəbərdarlıq, 3 isə cərimə edilərək azad buraxılıb. İki nəfər barəsində inzibati qaydada 5 sutka həbs seçilib.
XS
SM
MD
LG