Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin
Əkbərin fikrincə, NATO prinsiplərindən geri dönməyəcək və Gürcüstan
bu quruma qəbul ediləcək. NATO Cənubi Qafqaz regionuna doğru
irəlilədikcə İranın mövqeyi zəifləyəcək və regionda müəyyən
gərginliklər yaranacaq.
Ekspert hesab edir ki, Azərbaycan da artıq xarici siyasət kursuna
dəyişikliklər etməlidir. Çünki artıq
balanslaşdırılmış xarici siyasət kursu
özünü doğrultmur.